Məhkəmə qərarları › İş №3(020)-122/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-122/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-122/2024 13.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Ləzimov Suldu Paşa oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan şəhəri, B.Kəngərli küçəsi ev 10-da qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-403/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-403/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Maddi imkanı olmadığına görə icra sənədi üzrə alimenti ödəməmiş, nəticədə icra sənədi üzrə 14000 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış, icra məmurunun xidməti otağına gəlmiş və icra məmuru tərəfindən icra sənədi üzrə aliment borcunu ödəməsi tələb olunmuşdur. İcra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, rəsmi iş yeri yoxdur, gündəlik fərdi işlərlə məşğul olaraq əldə etdiyi qazancı özünün dolanışığına ancaq kifayət edir. Hazırda icra sənədi üzrə aliment borcunu ödəmək üçün maddi imkanı yoxdur. Ona vaxt verilərsə icra sənnədi üzrə aliment borcunu mart ayında tam olaraq ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-403/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə alimenti ödəməsi üçün barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 14000 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu bu günədək ödəməmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə alimenti ödəmək üçün maddi imkanının olmadığını və ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə ödəyə biləcəyini bildirmişdir. Ona görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə olan Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-403/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 fevral 2024-cü il tarixdən, saat 16:40-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədr və hakim vəzifəsini müvəqqəti icra edən Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar