Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-128/2023 13.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 iştirakı ilə İmişli şəhəri, P.Həsənov küçəsi ev 135 ünvanında qeydiyyatında olan Şəxs barəsində Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Hüquqi ünvanı İmişli şəhəri, P.Həsənov küçəsi ev 135 olan Şəxs MMC-i 27 dekabr 2022-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Xudafərin” gömrük postunda **********0480 sorğu nömrəli gömrük bəyənnaməsi ilə rəsmiləşdirilən Rusiyada fəaliyyət göstərən "xxxx" MMC şirkətindən 52130606 və 52664786 nömrə nişanlı vaqonlar ilə göndərilmiş “buğda unu” yüklərini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəynnaməsi verməli olduğu halda, 22 dekabr 2022-ci il tarixdə saat 02:39-02:42 aralığında Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair gömrük orqanına əvvəlcədən elektron formada verilməli olan qısa idxal bəyənnaməsi gömrük xidmətinin VAİS-nə rəsmiləşdirilməsi üçün göndərilməmişdir. Bununla da Şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 məhkəmə iclasında rəhbəri olduğu şirkət tərəfindən inzibati xəta törədilməsini etiraf etdi və izahat verərək göstərdi ki, Şəxs MMC-nin direktorudur. Şirkətin gömrük təmsilçiliyi ilə bağlı bir çox əməliyyatlları da özü həyata keçirir. Rəhbəri olduğu şirkətdə daimi gömrük sənədlərinin düzgün hazırlanmasına və əməliyyatların vaxtında həyata keçirilməsinə diqqət yetirmişdir. Rəhbəri olduğu şirkətin ünvanına eyni invoysla 22 dekabr 2022-ci il tarixdə saat 02:39-02:42 aralığında 52130606 və 52664786 nömrə nişanlı vaqonlarla göndərilmiş “buğda unu” yükünə qısa idxal bəyannaməsinin verilməməsinə səbəb tərəfdaş şirkətin vaqonların hərəkəti ilə bağlı olaraq onlarla əlaqə saxlamaması olmuşdur. Onlar həmin vaqonların gəlmə vaxtını bilmədiyi üçün onlar tərəfindən elektron qaydada qısa idxal bəyənnaməsi verilməmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “dəmir yolu nəqliyyatı ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 52130606 və 52664786 nömrə nişanlı vaqonlarla Şəxs MMC-nin hüquqi ünvanına göndərilən mallar 22 dekabr 2022-ci il tarixdə saat 02:39-02:42 aralığında Şimal Ərazi Baş Gömrük idarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanına Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirməklə 22 dekabr 2022-ci il tarixdə saat 02:39- 02:42 aralığında 52130606 və 52664786 nömrə nişanlı vaqonlarla göndərilmiş, “buğda unu” yükünə dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl verilməli olan elektron formada qısa idxal bəyənnaməsi Gömrük xidmətinin VAİS sisteminə rəsmiləşdirmək üçün göndərilməmişdir. Qeyd olunan faktla bağlı 14 yanvar 2023-cü il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə 12000-00153/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 485.2-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC-nin hüquqi ünvanına göndərilən yüklərlə əlaqədar qısa idxal bəyənnaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməsini təmin etməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.3-cü maddəsində deyilir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs MMC-nin törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə inzibati tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-128/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-128/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver