Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-128/2024 13.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi və sədri əvəzi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs-Şəxs, İnzibati xəta əməlindən Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Beyləqan rayonu RTS qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində yaşadıqları Beyləqan rayonu RTS qəsəbəsində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək Zərərçəkmiş şəxs daşla vuraraq xəsarət yetirmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, RTS qəsəbəsində yaşayır. Onun ailə üzvləri ilə birlikdə yaşadığı evin yanında ümumilikdə 12 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onların yaşadıqları evin hasarının daxilində yerləşir. Lakin, onların yaşadıqları ev və həmin torpaq sahəsinə dair rəsmi sənədləri yoxdur. Belə ki, torpaq sahələri bələdiyyə mülkiyyətinə aiddir. Lakin, sahə onların hasarları daxilində yerləşdiyi üçün hər zaman həmin sahələrdən onun ailə üzvləri istifadə etmişdir. X13 rəhmətə getdikdən sonra yaşadığı evin yanında yerləşən ümumi sahəsi 12 sot olan torpaq sahəsini Emin və Ənvər adlı şəxslər zəbt edərək guya həmin sahəni atasından aldıqlarını bildirmişdirlər. Lakin, o, və digər ailə üzvləri onlarala razılaşmamış və sahəyə girmələrinə icazə verməmişdirlər. Bundan sonra Emin və Ənvər bu barədə məhkəmə orqanlarına müraciət etmiş, həmin sahəyə aid rəsmi sənədlərinin olduqlarını bildirdikləri üçün məhkəmə tərəfindən onların xeyrinə qərar çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə Beyləqan rayon İcra və probasiya şöbəsinin əməkaşları həmin yerə gələrək torpaq sahəsinin məhkəmə qərarı ilə Emin və Ənvərə verildiyini bildirərək akt tərtib etmişdirlər. Lakin o, və digər ailə üzvləri bu qərara razı olmamışdırlar. Buna görə də onların arasında sözlü mübahisə olmuşdur. Bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Emin və Ənvər yenidən həmin sahəyə gələrək sahənin hasarını sökərək qapı açmaq istəmiş, həmçinin, sahədə yerləşən bir neçə ağacı kəsmişdirlər. Həmin vaxt o, evdə tək olmuşdur. O, Emin və Ənvərin hasarı sökmələrinə narazılıq edərək onlarla sözlü mübahisə etmişdir. Lakin, o, xəstə olduğu üçün həyətdən kənara çıxmamışdır. O, əsəbi olduğu üçün öz həyətlərindən daş parçaları götürərək hasarın çöl tərəfində olan Emin və Ənvərin üzərlərinə atmışdır. Lakin daş parçalarının həmin şəxslərə dəyib-dəymədiyini görməmişdir. Bundan sonra o, evə daxil olmuş və ailə üzvlərinə bu barədə məlumat vermişdir. Baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı isə orada başqa heç kəs olmamışdır. Həmçinin bildirdi ki, hal-hazırda Zərərçəkmiş şəxs üzr istəmiş və onunla barışmışdır. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Beyləqan rayonu, C.Məmmədquluzadə küçəsində ona və əmisioğlu X9 məxsus 6 sot torpaq sahəsi vardır. Həmin torpaq sahələrini 2013-cü il tarixdə Beyləqan şəhər Bələdiyyəsindən almışdırlar. Həmin torpaq sahələrinə dair rəsmi sənədlər və çıxarışları vardır. O, və Emin Yeni-Mil qəsəbəsində qeydiyyatda olduqları üçün həmin sahələri başqa şəxslərin adlarına rəsmiləşdirmişdirlər. Belə ki, o, özünə məxsus sahəni Beyləqan şəhər sakini olan bibisi nəvəsi X3, Emin isə bibisi X4 adına sənədləşdirmişdirlər. Həmin torpaq sahələrinin qonşuluğunda mərhum X2 torpaq sahəsi və yaşayış evi yerləşir. Hazırda ona və Eminə məxsus sahələr vaxtilə Qədir Abdullayevin evinin hasarının daxilində yerləşmişdir. Lakin, həm Qədir Abdullayevin, həm də hazırda onların olan torpaq sahələri bələdiyyə mülkiyyətində olmuşdur. Həmin torpaq sahələri bələdiyyə mülkiyyətində olsa da o, və Emin sahələri alan zaman torpaq sahələri Qədir Abdullayevin hasarı daxilində yerləşdiyi üçün Qədir Abdullayevə şifahi alqı-satqı edərək ümumilikdə 18000 manat pul vermişdirlər. Qədir Abdullayev 2016-cı ildə rəhmətə getmişdir. Qədir rəhmətə getdikdən sonra onun arvadı X5 və onun ailə üzvləri torpaq sahəsinin onlara verilməsinə narazılıq etmiş və torpaq sahəsindən istifadə etməklərinə, sahəyə daxil olmaqlarına maneəçilik törətmişdirlər, buna görə də bir neçə dəfə aralarında sözlü mübahisər olmuşdur. Buna görə də Beyləqan rayon Məhkəməsinə, Şirvan Appelyasiya Məhkəməsinə və Şirvan İnzibati Məhkəməsinə müraciətlər etmişdirlər. Məhkəmə qərarına əsasən həmin sahələr X3 və X4 mülkiyyəti kimi tanınmışdır. Lakin, Qədir Abdullayevin ailə üzvləri torpaq sahəsindən çıxmadıqları üçün xx.xx.2023-cü il tarixdə Beyləqan rayon İcra və probasiya şöbəsinin əməkdaşları yekun məhkəmə qərarına əsasən həmin torpaq sahələrini torpaq sahiblərinə təqdim etmək üçün həmin yerə gəlmiş və torpaq sahələri X7 və X8 təqdim edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin akta Qədir Abdullayevin ailə üzvləri X5 və digərləri narazılıq etmişdirlər. Həmin torpaq sahələrinin hasardan məhləyə çıxışı olmağı üçün o, və Emin torpaq sahəsini əhatə edən daş hasarın bir hissəsini sökərək darvaza qoymaq istəmişdirlər. xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində o, və Emin həmin yerə gedərək hasarı sökməyə başladıqdan sonra İradə və onun adını bilmədiyi qızı öz həyətlərindən həmin yerə gələrək onların ünvanına nalayiq ifadələr işlətməyə başlamış, onların işinə mane olmuşdurlar. Həmin vaxt o, və Emin hasarın çöl tərəfində, İrada və qızı isə hasarın iç tərəfində olmuşdurlar. Mübahisə zamanı İradə və qızı onların üzərlərinə daş parçaları atmağa başlamışdırlar. Həmin daşlardan biri onun sol gözaltı nahiyəsinə dəyərək ona xəsarət yetirmişdir. Lakin, o, konkret olaraq İradənin və ya qızının atdığı daş parçasının ona dəyib xəsarət yetirdiyini görməmişdir. Daha sonra İradə və qızı oradan uzaqlaşmışdırlar. Emin isə bu barədə 102 xidmətinə müraciət etmişdir. Baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı orada başqa heç kim olmamışdır. Bildirdi ki, hadisədən sonra Şəxs ondan üzr istəmiş, O, isə Şəxs bağışlamışdır. Şəxs şikayət və tələbi olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində yaşadıqları Beyləqan rayonu RTS qəsəbəsində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək Zərərçəkmiş şəxs daşla vuraraq xəsarət yetirmişdir. İşdə olan 30 dekabr 2023-cü il tarixli 946/23 saylı rəydən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Beyləqan rayonlar arası şöbəsinin rəisi X1 vətəndaş Zərərçəkmiş şəxs adına vermiş olduğu 30 dekabr 2023-cü il tarixli müayinə aktından məlum olur ki, məhkəmə tibbi müayinəsi zamanı 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol almacıq nahiyəsində sıyrıq müəyyən olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 25 yanvar 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis polis baş leytenantı X6 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda Şəxs əməllərində cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iş materiallarını və inzibati xəta əməli törtmiş şəxslə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.1, 112, 114, 115 , 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədr və hakim vəzifəsini müvəqqəti icra edən Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(020)-128/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-128/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver