Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-129/2024 13.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Beyləqan rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Beyləqan rayonu Təzəkənd kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Azruman Abdullayevi döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, O, 2-ci qrup əlildir. Zərərçəkmiş şəxs tanımır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə axşam saat 21:30 radələrində yaşadığı evin yaxınlığında yol kənarında qonşusu X2 ilə söhbət edən zaman həmin vaxtı qara rəngli “Mercedes Benz” markalı avtomobil Beyləqan rayonu, Təzəkənd kənd ərazisindən keçən avtomobil yolundan bir qədər keçdikdən sonra gəri qayıdaraq onun yaşadığı küçəyə gedərək avtomobili saxlamışdır. O, qonşusu Gündüz Ağayev ilə birlikdə həmin avtomobilə yaxınlaşdıqdan sonra o, avtomobilin sürücüsünə ona köməklik lazım olduğunu dedikdə həmin adını bilmədiyi şəxs ona kobud şəkildə köməklik lazım olmadığını bildirmişdir. Daha sonra o, həmin şəxsə yaşadığı küçədə hansısa bir qıza görə gəldiyini soruşmuşdur. Həmin vaxtı sonradan adını bildiyi Arzuman adlı şəxs heç bir qıza görə küçədə avtomobilnən dayanmadığını və başqa bir adam gözlədiyini bildirmişdir. Bu səbəbdən onunla Arzuman adlı şəxslə aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı o, Arzuman adlı şəxsin sifətində şillə ilə vurduduqan sonra avtomobilin salonundan haçarı götürmüşdür ki, Arzuman avtomobili idarə edib getməsin. Həmin vaxtı X4 adlı şəxsin yaxasından tutaraq avtomobildən aşağı düşməsini bildirsə də, Arzuman avtomobildən aşağı düşməmiş, daha sonra o, Arzuman adlı şəxsin avtomobilinin haçarını qaytarıb özünə vermişdir. O, və qonşusu X4 Abdullayevlə idarə etdiyi avtomobillə hansı səbəbə görə yaşadığı küçədə dayandığını soruşduğu üçün aralarında mübahisə yaranmış, o, Zərərçəkmiş şəxs sol gözünün altından və sinəsindən yumruqla vurmamış, Lakin mübahisə zamanı o, Azruman Abdullayevin sifətindən şillə ilə vurmuşdur. Mübahisə zamanı qonşusu X3 döyməmişdir. Aralarında baş verən mübahisə Beyləqan rayon Təzəkənd kənd ərazisində yaşadığı evin yaxınlığında küçədə baş vermiş, hadisəni başqa heç kim görməmişdir. Aralarında baş vermiş mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, O, N nömrəli hərbi hissədə Bölük komandirinin şəxsi heyyətlə iş üzrə müavini vəzifəsində işləyir. Leytenant rütbəsindədir. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində iş vaxtı bitdikdən sonra xidmət etdiyi “N” saylı hərbi hissədən işdən çıxdıqdan sonra Ağcəbədi rayonu Minaxorlu kəndindən Beyləqan şəhərinə gəlmişdir. O, Beyləqan şəhərində işlədiyi “N” saylı hərbi hissə üçün jurnallar və qeydiyyat kitabları almışdır. O, xx.xx.2023-cü il tarixdə Ağcəbədi rayon Minaxorlu kənd ərazisində yerləşən N saylı hərbi hissədə növbətçi olduğu üçün həmin günü yəni xx.xx.2023-cü il tarixdə saat 21:20 radələrində Beyləqan şəhərindən özünə məxsus “Mercedes Benz” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərək Ağcəbədi rayonuna gedən zaman Beyləqan rayonu Təzəkənd kənd ərazisindən keçərkən yolun sol tərəfində kafe görmüşdür. O, həmin kafedən bir qədər uzaqlaşdıqdan sonra çörək yemək üçün idarə etdiyi avtomobil ilə geri qayıtmış, o, geri qayıdarkən yolun sağ tərəfində yoldan bir qədər kənarda balaca kafe görərək avtomobillə həmin kafenin qarşısına gedərək dayanmışdır. O, həmin kafenin bağlı olduğunu görmüş, həmin kafenin qarşısında avtomobillə dönmək üçün yer olmadığına görə avtomobilini idarə edərək bir qədər irəli gedib dönmək istəyən zaman onun mobil telefonuna zəng gəldiyi üçün idarə etdiyi avtomobili saxlayaraq telefonla danışmışdır. Həmin yerdə yaşayış evləri vardır. Həmin vaxtı 2 nəfər tanımadığı şəxslər ona yaxınlaşaraq ondan hansı səbəbə görə dayandığını və kömək lazım olduğunu soruşmuşlar. O, həmin tanımadığı şəxslərə ona kömək lazım olmadığını demişdir. Daha sonra həmin adını sonradan bildiyi Elməddin və Gündüz adlı şəxslər təkrar ona hansı səbəbə görə dayandığının səbəbin soruşduqda o, həmin şəxslərə hansı səbəbə görə avtomobillə dayandığını deməmişdir. Həmin vaxtı Elməddin və Gündüz adlı şəxslər ona qızla görüşmək üçün gəldiyini bildirdikdə o, heç bir qızla görüşmək üçün gəlmədiyini bildirmiş, bu səbəbdən Elməddin və Gündüz onunla sözlü mübahisə edərək onu söyüb təhqir etmişlər. Mübahisə zamanı avtomobilinin salonunda Gündüz onun yaxasından tutduqdan sonra Elməddin yumruqla sol gözünün altından sağ tərəfdən sifətindən və sinəsindən vuraraq onu döymüş, daha sonra Gündüz yumruqla sinəsindən və sağ tərəfdən çiyninə vuraraq onu döymüşdür. Bundan sonra Elməddin adlı şəxs avtomobilinin haçarını maşından götürmüşdür. O, bu səbəbdən “Daxili İşlər Nazirliyinin 102 xidmətinə” zəng edərək bu barədə məlumat vermişdir. Elməddin və Gündüz adlı şəxslər ona şər ataraq qızla görüşmək üçün gəldiyini bildirərək onunla mübahisə edərək onu döymüşlər. aralarında baş verən mübahisə Beyləqan rayonu Təzəkənd kənd ərazisində ona məxsus “Mercedes benz” markalı avtomobilində olarkən baş vermiş, hadisəni başqa heç kim görməmişdir. Hazırda Şəxs ilə barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Beyləqan rayonu Təzəkənd kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Azruman Abdullayevi döymüşdür. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, Zərərçəkmiş şəxs dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 28 dekabr 2023-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 11 dekabr 2023-cü il tarixli, 899/23 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sol gözaltı və sol said nahiyələrində qançırlar aşkar edilmişdir ki, həmin xəsarətlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 330 (üç yüz otuz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədr və hakim vəzifəsini müvəqqəti icra edən Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(020)-129/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-129/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver