Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-131/2023 02.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Beyləqan rayonunda anadan olmuş, orta təhsilli, evli, iki uşaq atası, işsiz, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, M.Əzizobəyov küçəsi ev 34-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-795/2022 saylı, 20 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2483.34 manat borc pul və 45.24 manat dövlət rüsumu alınaraq "xxxx"KB ASC-yə verilməlidir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)- 796/2022 saylı, 20 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 364.09 manat borc pul və 30.40 manat dövlət rüsumu alınaraq "xxxx"KB ASC-yə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-750/2021 saylı, 04 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 719 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq "xxxx"MMC-yə verilməlidir. İş üzrə icra sənədləri Beyləqan rayon İcra Şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədləri üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-795/2022 saylı, 20 iyun 2022-ci il tarixli icra sənədinə əsasən ondan 2483.34 manat borc pul və 45.24 manat dövlət rüsumu alınaraq "xxxx"KB ASC-yə verilməlidir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)-796/2022 saylı, 20 iyun 2022-ci il tarixli icra sənədinə əsasən ondan 364.09 manat borc pul və 30.40 manat dövlət rüsumu alınaraq "xxxx"KB ASC-yə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-750/2021 saylı, 04 iyun 2021-ci il tarixli icra sənədinə əsasən ondan 719 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq "xxxx"MMC-yə verilməlidir. Məhkəmənin onun barəsində belə bir qərarlarının olmasından xəbəri olmuş, lakin icra sənədləri üzrə borcundan maddi imkanı olmadığından heç bir ödəniş etməmişdir. İcra sənədlərinin könüllü icrası barədə icra məmuru tərəfindən ona vaxt verilmişdir. Lakin verilmiş müddət ərzində borclarından heç bir ödəniş edə bilməmişdir. İcra məmuru tərəfindən onun ünvanına çağırış məktubu gəlmiş. Beyləqan rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. İcra şöbəsində icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunun ödənilməsi tələb olunmuşdur. İcra sənədi üzrə olan borcundan hazırda 50 manat ödəniş etmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyinə söz vermişdir. İşsizdir. Taksiçilik edərək qazandığı pulu özünün və ailəsinin dolanışığına sərf edir. Göstərilənləri nəzərə alıb, icra sənədləri üzrə borcunu ödəməkdən boyun qaçırmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-795/2022 saylı, 20 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2483.34 manat borc pul və 45.24 manat dövlət rüsumu alınaraq "xxxx"KB ASC-yə verilməlidir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)- 796/2022 saylı, 20 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 364.09 manat borc pul və 30.40 manat dövlət rüsumu alınaraq "xxxx"KB ASC-yə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-750/2021 saylı, 04 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 719 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq "xxxx"MMC-yə verilməlidir. Borclu Şəxs icra sənədləri üzrə olan borcundan indiyədək ödəniş etməmiş nəticədə icra sənədləri üzrə borcları ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs icra şöbəsinə gəlmiş, icra şöbəsində verdiyi izahatında icra sənədləri üzrə borclarını ödəməyə maddi imkanının olmadığını bildirdiyindən barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Hazırda tələbkara olan borcundan 50 manat ödəmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-795/2022 saylı, 20 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2483.34 manat borc pul və 45.24 manat dövlət rüsumu alınaraq "xxxx"KB ASC-yə verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-796/2022 saylı, 20 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 364.09 manat borc pul və 30.40 manat dövlət rüsumu alınaraq "xxxx"KB ASC-yə verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-750/2021 saylı, 04 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 719 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq "xxxx"MMC-yə verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhram Cəfərovun izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkarlara olan borclarını ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmamış, taksiçilik fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır, ailənin yeganə qazanc gətirənidir, himayəsində iki azyaşlı uşağı vardır. Ona görə də borcunu ödəyə bilməmişdir. Hazırda icra sənədi üzrə borcundan 50 manat ödəmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs xx.xx.2022-ci il tarixdə isə icra sənədi üzrə borcundan 50 manat tələbkar ABC Telekom” MMC-nin hesabına ödəmişdir. Qalan borclarını hissə-hissə ödəyəcəyinə söz vermişdir. Onun icra sənədləriini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-131/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-131/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver