Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-131/2024 27.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Beyləqan rayonu Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işsiz, orta təhsilli, ailəli, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 04 fevral 2024-cü il tarixdə saat 18:30 radələrində özünə məxsus iri buynuzlu heyvanları otlaq sahəsindən kəndə aparan zaman Beyləqan rayonu, Əhmədli kəndi ərazisindən keçən asvalt yolu kəndə tərəf keçirərkən iri buynuzlu heyvanlardan biri magistral yola çıxmış və həmin vaxt magistral yolda hərəkətdə olan “Nissan Sunny” markalı, **-KO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yola çıxan heyvanı vuraraq heyvana dəyərək həmin vaxt avtomobil əzilərək avtomobilin sahibinə maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla yaşayır. Heç bir yerdə işləmir, fərdi təsərüffat işləri və heyvandarlıqla məşğul olur. 04 fevral 2024-cü il tarixdə, saat 18:30 radələrində özünə məxsus iribuynuzlu heyvanları Beyləqan rayonu Əhmədli kənd sakinlərinin otlaq sahəsindən yaşadığı evin həyətinə aparan zaman heyvanları kəndin başından keçən magistral yoldan keçirərkən heyvanlardan biri magistral yola çıxmış və həmin vaxt yolda sürətlə ərəkətdə olan “Nissan Sunny” markalı, **-KO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus iki baş iri buynuzlu heyvanı vurmuşdur. Heyvanlardan birinin ayağı sınmışdır. Ayağı sınan bir baş mal boğaz olduğundan həmin malın hazırki bazar qiyməti 4000 (dörd min) manatdır. Hadisədən sonra avtomobili idarə edən şəxsin qonşu kənddən olan Zərərçəkmiş şəxs olduğu məlum olmuşdur. Hadisə zamanı başqa xəsarət alan olmamışdır. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 04 fevral 2024-cü il tarixdə saat 18:30 radələrində atasına məxsus “Nissan Sunny” markalı, **-KO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yaşadığı Beyləqan rayonu, Aşağı Çəmənli kəndindən rayonun Dünyamalılar kəndinə diş həkiminə gedən zaman Beyləqan rayonu Əhmədli kəndi istiqamətində hərəkətdə olarkən kəndin otlaq sahəsindən magistral yoldan keçərək kəndə tərəf gedən Şəxs məxsus mallardan iksi qəfl avtomobilin qarşısına qaçmışdır. Həmin vaxt avtomobilin əyləcindən istifadə etsə də, avtomobili saxlaya bilməmiş, nəticədə Şəxs məxsus iri buynuzlu heyvanlardan iksini vurmuşdur. Hadisə zamanı heyvanlardan birinin ayağı sınmış, digərinə isə heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı avtomobili sərxoş vəziyyətdə idarə etməmiş, həmçinin yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmamışdır. Hadisə zamanı onun idarə etdiyi avtomobilə 2679 (iki min altı yüz altmış doqquz) manat maddi zərər dəymişdir. Həmin zərər Şəxs tərəfindən ödənilməmiş, zərərin ödənilməsini tələb edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2024-cü il tarixdə saat 18:30 radələrində özünə məxsus iri buynuzlu heyvanları otlaq sahəsindən kəndə aparan zaman Beyləqan rayonu, Əhmədli kəndi ərazisindən keçən asvalt yolu kəndə tərəf keçirərkən iri buynuzlu heyvanlardan biri magistral yola çıxmış və həmin vaxt magistral yolda hərəkətdə olan “Nissan Sunny” markalı, **-KO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sürətlə gəldiyindən yola çıxan heyvanı vuraraq heyvanın ayağını sındırmışdır. Hadisə zamanı avtomobil əzilərək avtomobilin sahibinə maddi zərər dəymişdir. Qəza zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Sunny” markalı, **-KO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəyməsi iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 04 fevral 2024-cü il tarixli 104 saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olmamışdır. İşdə olan "xxxx" MMC tərəfindən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün tərtib olunmuş 07 fevral 2024-cü il tarixli, AA-054 saylı ziyan aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs idarə etdiyi, X1 məxsus “Nissan Sunny” markalı, **-KO- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əzilmiş, qırılmış deformasiyaya uğrayaraq yarasız vəziyyətə düşməsi nəticəsində 2679 (iki min altı yüz yetmiş doqquz) manat dəyərində ziyan dəyməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.7. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta əməlini törətmiş şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə müəyyən edildi ki, xx.xx.2024-c il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs idarə etdiyi, X1 məxsus “Nissan Sunny” markalı, **-KO- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş 2679 (iki min altı yüz yetmiş doqquz) manat dəyərində ziyan Şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı gələcəkdə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilməlidir. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, xüsusiyyətlərini onun təqsirinin dərəcəsini alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı gələcəkdə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-131/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-131/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver