Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-132/2024 06.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Şəxs barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Qarabağ regional X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində yerləşən qumçınqıl karxanasında keçirilən planlı yoxlama zamanı Şəxs tərəfindən YTQ-nin 01-2001 bənd 1.9.2, 2.1, 6.1-6.5, 8, 10.4; YTQ-nin 03-2002 bənd 2.2.17 X1 AR-nın Qanununun 23-cü maddəsinin tələblərinin pozulması aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, adı çəkilən təşkilatda baş mühasib vəzifəsində işləyir. Nümayəndəsi olduğu təşkilat müxtəlif növ qum-çınqıl materiallarının emalını və satışını həyata keçirir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Qarabağ regional X2 İdarəsinin əməkdaşları obyektin ərazisinə yaxınlaşaraq “X1 Qanununun” tələblərinə əsasən sahibkarlıq sahəsində yoxlamalar aparılacağı barədə onlara məlumat vermiş və obyektin ərazisində yanğın təhlükəsizliyinə dair görüləbiləcək qabaqlayıcı tədbirlər barədə onlara bir neçə sual vermişlər. Yoxlama zamanı obyektin ilkin yanğın söndürmə vasitələri ilə təmin olunmadığı, obyekt yanğından icbari qaydada sığorta edilməmiş, obyekt yanğınxəbərverici qurğuları ilə təmin edilməmiş, obyekt yanğına qarşı su hovuzu ilə təmin edilməmiş, obyektin görünən yerində YT-nin çağırış telefon nömrələrini göstərən göstərici nişanlar asılmamış, həmçinin obyektin elektrik qurğuları normativ sənədlərə uyğun olaraq quraşdırılsada istismar edilmədiri aşkar olunmuşdur. Qeyd olunan nöksanların aradan qaldırılması üçün təhlükəsizliynə qarşı tədbir görməsi üçün lazımı avadanlıqları yoxdur və bu nöksanların aradan qaldırılması üçün Azərbaycan Respublikasının FHN-nin X2 Xidməti Qarabağ regional X2 İdarəsinin əməkdaşları onlara tapşırıqlar vermiş, lakin nöksanların aradan qaldırılması üçün verilən müddət az, yəni 10 (on) gün göstərildiyinə görə nöksanların tam aradan qaldırılması tərəflərindən tam təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Qarabağ regional X2 İdarəsinin hüquqi ünvanına ünvanına məhkəmə bildirişi göndərilmiş iş materiallarına əlavə edilmiş poçt şöbəsinin xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi göndərilən məktub Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Qarabağ regional X2 İdarəsinin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Lakin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Qarabağ regional X2 İdarəsi işə baxılması ilə əlaqədar olaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Hüquqi şəxsin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsini nəzərə alıb hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında işə baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Qarabağ regional X2 İdarəsi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 15 yanvar 2024cü il tarixli, KY242069416 nömrəli qərardan görünür ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində fəaliyyət göstərən Şəxs MMC-nin ərazisində yanğın təhlükəsizliyinin yoxlanılması məqsədi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yoxlama keçirilmiş, həmin yoxlama zamanı Şəxsnə məxsus qum-çınqıl karxanasında YTQ-nin 01-2001 bənd 1.9.2, 2.1, 6.1- 6.5, 8, 10.4; YTQ-nin 03-2002 bənd 2.2.17 X1 AR-nın Qanununun 23-cü maddəsinin tələblərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası “X1 Qanunun” 1.9 bəndinə əsasən Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində Yanğın Təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək vəzifəsini yerinə yetirməlidir. Azərbaycan Respublikası “X1 Qanunun” 2.1-ci maddəsinə əsasən İnzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır. Azərbaycan Respublikası “X1 Qanunun” 6.1-ci maddəsinə əsasən Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər. Azərbaycan Respublikası “X1 Qanunun” 6.5-ci maddəsinə əsasən Elektrik qurğularının istismarı zamanı elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək; nasaz elektrik qurğularından istifadə etmək; elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək; dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək; standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək; magistral kabel xəttlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək; elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və.s qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq qadağan olunur. Azərbaycan Respublikası “X1 Qanunun” 8-ci maddəsinə əsasən Yanğına qarşı su təchizatı xətləri saz vəziyyətdə olmalıdır və yanğının söndürülməsi üçün tələb olunan suyun sərfi normasının tələblərini ödəməlidir. Onların iş qabiliyyəti ildə ən azı iki dəfə yoxlanılmalıdır (yazda və payızda). Yanğın hidrantları daima saz vəziyyətdə saxlanılmalıdır. Hidrantlar yerləşən sahələrdə su xəttində suyun kəsilməsi və ya təzyiqin tələb olunan miqdardan az olması halları aşkar edildikdə yanğından mühafizə xidmətinə xəbər verilməlidir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində yerləşən qum-çınqıl karxanasında keçirilən planlı yoxlama zamanı Şəxs tərəfindən YTQ-nin 01-2001 bənd 1.9.2, 2.1, 6.1-6.5, 8, 10.4; YTQ-nin 03- 2002 bənd 2.2.17 X1 AR-nın Qanununun 23-cü maddəsinin tələblərinin pozulması aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hesab edirəm ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.3-cü maddəsində deyilir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs MMC-nin törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə inzibati tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130 -cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-132/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-132/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver