Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-140/2025 06.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Beyləqan rayonu Milabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu Milabad kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, M ü ə y y ə n e t d i m: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Beyləqan rayonu Milabad kəndində 20 kalibirli, tək lüləli, İJ markalı, 38437 nömrəli ov tüfəngini müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan ov tüfənginin daşınması və saxlanması qaydasını pozmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən MN seriyalı № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon polis şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Beyləqan rayonu Milabad qəsəbəsində yaşadığı evdə olan zaman iki nəfər polis əməkdaşı yaşadığı evə gələrək onun evində silah olması barədə məlumat aldıqlarını ona bildirmişlər. O, polis əməkdaşlarına evində babasından yadigar qalan ov silahının olduğunu bildirmiş və həmin ov silahını polis əməkdaşlarına təhvil vermiş, özü də polis əməkdaşları ilə birlikdə rayon PŞ-nə gəlmişdir. PŞ-də izahat verərək həmin silahın saxlamaq və daşımaq üçün heç bir sənədinin olmadığını, həmçinin ov silahının babasından yadigar qaldığını bildirmişdir. Göstərilənlərə əsasən barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X1 rayon PŞ-nin rəisi Ceyhun Qurbanova ünvanladığı xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:30 radələrində Beyləqan rayon PŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Rahil Bayramovla birlikdə rayonun Milabad qəsəbəsi ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin evində ov silahının olduğunu barədə məlumat alaraq həmin şəxsin evinə gedib özlərini təqdim edərək həmin şəxsdən evində olan ov tüfənginin sənədlərinin olub-olmamasını soruşmuşlar. Həmin şəxs onlara ov tüfənginin babasından yadigar qaldığını və heç bir sənədlərinin olmadığını bildirmişdir. Buna görə də həmin şəxsi ov tüfəngi ilə birlikdə rayon PŞ-nə gətirmişlər. Rayon PŞ-də həmin şəxsin Beyləqan rayonu Milabad qəsəbə sakini Şəxs olduğu məlum olmuşdur. Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X1 rayon PŞ-nin rəisi Ceyhun Qurbanova ünvanladığı xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Beyləqan rayonu Milabad qəsəbəsində yaşayan Şəxs 20 kalibirli, tək lüləli, İJ markalı, 38437 nömrəli qeydiyyatda olmayan ov silahı müəyyən olunaraq tərəflərindən götürülmüşdür. Odur ki, həmin raportunda adı qeyd olunan Beyləqan rayonu Milabad qəsəbəsində yaşayan Şəxs əldə edib daşıdığı “20 kalibirli, tək lüləli, İJ markalı, 38437 nömrəli” ov tüfənginin saxlanc yerinə verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 590.2-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Beləliklə, məhkəmə, işin araşdırılmış bütün hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məxsus “20 kalibirli, tək lüləli, İJ markalı, 38437 nömrəli” ov tüfəngi müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-140/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-140/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver