Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-141/2024 22.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Ləzimov Paşa Sulduz oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Beyləqan rayonu Tatalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu Tatalılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs. barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində sənədləri olmayan ov tüfəngini müvafiq icra orqanının icazəsi olmadan daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu, Tatalılar kəndində qeydiyyatda olmaqla yaşayır. babasından yadigar qalan tək lülə, toz markalı, 16 kalibrli ov silahı var idi. Babası vəfat etdikdən sonra ov silahı evdə qalmışdır. Lakin onlar silahı təhvil verməmişlər və sənədləşdirmək üçün saxlamışlar. X1 və hacıyev İsa Vaqif oğlu onun həmkəndliləridir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Xəyal ona zəng edərək kəndin kənarında yerləşən otlaq sahəsindəki fermalarına getdiyini bildirərək ondan da onunla getməsini xahiş etmişdir. O, Xəyalla razılaşmış və daha sonra babasından qalmış silahı da özüylə götürmüşdür. Silahı çiyninə quraşdırılmış vəziyyətdə asmış və daha sonra Xəyal və İsa ilə birlikdə Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində otlaq sahəsi ilə Xəyalgilin fermasına getmək üçün yola düşmüşlər. Onlar saat 17 radələrində kəndin kənarı ilə otlaq sahəsinin yanı ilə gedərkən meşənin yaxınlığında polis əməkdaşları onlara yaxınlaşmışlar və özlərini onlara təqdim edərək üzərlərində olan ov tüfənglərinin müvafiq sənədlərini istəmişlər. Onlar polis əməkdaşlarına üzərlərində olan ov tüfənglərinin müvafiq sənədlərinin olmadığını bildirmişlər. Buna görə də silahın daşınması qaydasını pozduqları üçün ov silahlarını götürüb onları Beyləqan rayon polis şöbəsinə dəvət edib aparmışlar. Həmin vaxt ov etməmiş, üzərində olan silah həmin vaxt quraşdırılmış halda çiynində olmuşdur. Silahın rayon polis şöbəsində qeydiyyatı olmamış, silah mərhum babasından ona yadigar qalmışdır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 25 yanvar 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis kapitanı X2 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda heç bir cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin İsa hacıyevin həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddələrinin tərkibi olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd tək lüləli, toz markalı, 16 kalibirli, 52625-53 nömrəli ov tüfəngi müsadirə edilməklə, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədr və hakim vəzifəsini müvəqqəti icra edən Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №3(020)-141/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-141/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver