Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-141/2025 06.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Zərəçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Beyləqan rayonu, 2-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına Beyləqan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən Şəxs 13 oktyabr 2024-cü il tarixdə, saat 08:45 radələrində Beyləqan rayonu Aşağı Çəmənli kəndində həmkəndlisi X2 idarə etdiyi “Mercedes C 200” minik markalı avtomobilin arxa şüşəsini sındıraraq zərərçəkmiş şəxsə 150 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon Polis şöbəsinə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Beyləqan rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərəçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, oğlu Allahyar Abbasova məxsus “Mercedes C 200” minik markalı avtomobili etibarnamə əsasında idarə edir, Şəxs həmkəndlisidir. Nuranə vəonun digər ailə üzvləri ilə aralarında torpaq mübahisələri vardır. Həmin mübahisəyə görə bir neçə dəfə aralarında mübahisələri olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 08:45 radələrində o, idarə etdiyi “Mercedes C 200” minik markalı avtomobillə evindən çıxaraq kənd mərkəzinə tərəf hərəkətdə olan zaman Nuranənin yaşadığı evin yanından keçərkən Nuranə həyətin qapısından yola çıxaraq əlində olan daş parçasını avtomobilin arxa şüşəsinə vurmuş və avtomobilin arxa şüşəsi tamamilə sınaraq yararsız vəziyyətə düşmüş, nəticədə ona 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan Şəxs tərəfindən ödənməmişdir. Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini və zərərin ödənilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətaya dair icraat başlanılması üçün qəbul edilmiş qərarın surəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş 13 oktyabr 2024-cü il tarixli, AA 060 №-li Yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi barədə ziyan aktından görünür ki, X2 müraciətinə əsasən “Mercedes C 200” minik markalı, **-DN- *** dövlət qeydiyyat nişanlı **********1859 mühərrik nömrəli, WDB2020201A190155 ban nömrəli, gümüşü metallik rəngli, 1994-cü il buraxlış ili, X1 məxsus olan nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın məbləği cəmi 150 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə, proses iştirakçısını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, Şəxs barəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanuni qüvvəsini almış, Şəxs həmin qərarı mübahisələndirməmişdir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə, belə qənaətə gəlir ki, Şəxs barəsində təqsirli bilindiyi İXM-in 232-1-ci maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh tədbiri tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 36.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs “Mercedes benz C 200” markalı avtomobilin arxa şüşəsinin sındırması nəticəsində X3 dəymiş 150 (bir yüz əlli) manat məbləğində maddi zərər Şəxs alınaraq zərər çəkmiş şəxs X3 verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-141/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-141/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver