Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-144/2024 29.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Beyləqan şəhəri, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 60000.00 ABŞ dolları məbləğində vəsaiti 27 yanvar 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 60000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi şəxsin ünvanına məhkəmə bildirişi göndərilmiş iş materiallarına əlavə edilmiş poçt şöbəsinin xəbərnaməsindən görünür ki, məhkəmə bildirişi göndərilən məktub "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Lakin cəmiyyət işə baxılması ilə əlaqədar olaraq nümayəndəsini məhkəməyə göndərməmişdir. Hüquqi şəxsin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsini nəzərə alıb hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 27 yanvar 2022-ci il tarixli köçürmədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə Türkiyə Cümhuriyyətində yerləşən “OKR MÜHENDİSLİK İNŞAAT TAAH. ELK. ENJ. MAK. SAN. TİC. LTD şirkətinin hesabına 60000.00 ABŞ dolları vəsait köçürülmüşdür. İşə əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə Türk dilindən Azərbaycan dilininə tərcümə olunmaqla bağlanmış, tərəflər müqavilənin şərtlərini qəbul etmiş və imzaları ilə təsdiq etmişlər. Həmçinin köçürmək haqqında ərizə Azərbaycan dilində tərtib edilmişdir. Pulun köçürülməsi 27 yanvar 2022-ci il tarixdə həyata keçirilmiş, həmin vaxtdan 2 (iki) ildən çox müddət keçməsinə baxmayaraq, 60000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin maddədə müəyyən edilmiş müddətlər hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq qərarına əsasən 2 (iki) il müəyyən edilmişdir. Hazırkı iş üzrə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən valyutanın köçürülməsi 27 yanvar 2022-ci il tarixdə baş vermişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 60000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini geri qaytarmamışdır. Nəticədə həmin vaxtdan 2 (iki) il müddət keçmişdir. "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsində deyilir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş "xxxx" MMC-nin törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməməsini əsas tutaraq ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə inzibati tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin 20 (iyirmi) faizi məbləğində, yəni 12000 (on iki min) ABŞ dolları (Azərbaycan manatına ekvivalenti) cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-144/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-144/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver