Məhkəmə qərarları › İş №3(020)-148/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-148/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-148/2025 03.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, evli, orta təhsilli, işsiz, Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-671/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat tutularaq, xx.xx.2010-cu il təvəllüdlü Məhəmməd və xx.xx.2012-ci il təvəllüdlü Əli adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-671/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat tutularaq, xx.xx.2010-cu il təvəllüdlü Məhəmməd və xx.xx.2012-ci il təvəllüdlü Əli adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə müxtəlif vaxtlarda olmaqla ümumilikdə 2000 manat aliment ödəmiş, lakin sonradan heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 6400 manat aliment borcu yaranmışdır. Tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu bu günədək ödəməmiş və çağırışlara gəlməmişdir. Ona görə də Şəxs barəsində axtarış qərarı qəbul edilmişdir. Axtarışla icra şöbəsinə gətirilən Şəxs şöbədə verdiyi izahatında icra sənədi üzrə alimenti tam ödəmək üçün maddi imkanının olmadığını, ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu alimentlə birlikdə hissə-hissə ödəyəcəyini bildirmişdir. İş üzrə tələbkar şikayətçidir və alimentin tam şəkildə ödənilməsini tələb edir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-671/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat tutularaq, xx.xx.2010-cu il təvəllüdlü Məhəmməd və xx.xx.2012-ci il təvəllüdlü Əli adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməsi qət edilmişdir. İcra sənədi üzrə alimenti müxtəlif vaxtlarda ödəmiş, lakin sonradan maddi imkanı olmadığından ödəniş edə bilməmiş və aliment borcu yaranmışdır. Musiqiçidir, toylara gedərək qazanc əldə edir. Əldə etdiyi qazanc aliment borcunu ödəmək üçün kifayət etmir. Hazırda 6400 manat aliment borcu vardır. Ona vaxt verilərsə həmin borcu alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. İcra məmurunun bildirişləri ona çatmamışdır. Bu gün polis gəlib axtarışda olduğunu bildirmiş, polislə birlikdə icra şöbəsinə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 2(020)-671/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat tutularaq, xx.xx.2010-cu il təvəllüdlü Məhəmməd və xx.xx.2012-ci il təvəllüdlü Əli adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-671/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İşdə olan bildirişlərdən görünür ki, borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə alimenti tam şəkildə ödəməmişdir. xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu tam şəkildə ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 03 mart 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar