Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-15/2025 07.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətaları törətməsinə dair Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş 07 yanvar 2025-ci il tarixli, MN ******* saylı "inzibati xəta haqqında” protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 06 yanvar 2025-ci il tarixdə Beyləqan rayon 1-ci Şahsevən kəndində ictimai yerdə ünvansız nalayiq ifadələrək xırda xuliqlanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, 06 yanvar 2025-ci il tarixdə Beyləqan rayon 1-ci Şahsevən kəndi ərazisinə aid olan Bakı-Culfa yolunun sol hissəsində Beyləqan rayon 1-ci Şahsevən kənd sakini Şəxs tərəfindən icazəsiz qeyri-qanuni tikinti işləri aparıldığından əraziyə baxış keçirilən zaman Şəxs sözügedən tikilinin sənədləri istənilən zaman Şəxs küçədə ünvansız nalayiq ifadələr işlətmişdir. Bununla bağlı olaraq Beyləqan rayon İcra hakimiyyəti başçsının Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 06 yanvar 2025-ci il tarixli, 5-37-33/2-01-2025 saylı məktubuna əlavə olunmuş xx.xx.2025-ci il tarixli akt tərtib olunaraq Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün Beyləqan RÖŞ-nə göndərilmişdir. Həmin akt əsasında Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə hazırki protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 06 yanvar 2025-ci il tarixdə Beyləqan rayon İcra hakimiyyəti başçsının Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları onun tərəfindən tikilən tikinti işləri ilə bağlı həmin əraziyə gələrək tikintinin icazəsinin olub-olmadığını və tikinitinin dayandırılmasını bildirən zaman oğluna əsəbləşdiyindən ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Lakin o, nümayəndəliyin əməkdaşlarınqa qarşı heç bir nalayiq ifadələr işlətməmişdir. Həmin vaxtı oğluna əsəbləşmişdir. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətə yol verməyəcədkri. Barəsində həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Beyləqan rayon İcra hakimiyyəti başçsının Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X4 ifadə verərək göstərdi ki, 06 yanvar 2025-ci il tarixdə Beyləqan rayon 1-ci şahsevən kəndi ərazisinə aid olan Bakı-Culfa yolunun sol hissəsində Beyləqan rayon 1-ci Şahsevən kənd sakini Şəxs tərəfindən icazəsiz qeyri-qanuni tikinti işləri aparıldığından əraziyə baxış keçirən zaman Şəxs sözügedən tikilinin sənədləri istənilərkən Şəxs küçədə ünvansız nalayiq ifadələr işlətməyə başlamış və onlara heç bir sənəd verməyəcəyini bildirmişdir. Bununla bağlı hadisə yerində kənd bələdiyyəsinin sədri X6 və Beyləqan rayon PŞ-nin polis serjantı X3 iştirakı ilə Şəxs hərəkətləri barədə xx.xx.2025-ci il tarixli akt tərtib edərək qanunamüvafiq qaydada tədbir görülməsi üçün Beyləqan rayon PŞ-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçsının Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X4, Beyləqan rayon 1-ci Şahsevən kənd bələdiyyəsinin sədri X6 və Beyləqan rayon PŞ-nin polis serjantı X3iştirakları ilə tərtib olunmuş 06 yanvar 2025-ci il tarixli aktdan görünür ki, Beyləqan rayon 1-ci Şahsevən kənd sakini Şəxs 06 yanvar 2025-ci il tarixdə, Beyləqan rayon 1-ci Şahsevən kəndi ərazisinə aid olan Bakı-Culfa yolunun sol hissəsində kənd sakini Şəxs tərəfindən icazəsiz qeyri-qanuni tikinti işləri aparıldığından əraziyə baxış keçirən səlahiyyətli şəxslər tərəfindən Şəxs sözügedən tikilinin sənədləri istənilən zaman Şəxs küçədə ünvansız nalayiq ifadələr işlətmişdir. Ona görə də Şəxs hərəkətləri barədə akt tərtib etmişlər. İş materiallarına əlavə olunmuş Beyləqan rayon İcra hakimiyyəti başçsının Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X1 Beyləqan rayon PŞ-nin rəisinə ünvanladığı 06 yanvar 2025-ci il tarixli, 5-37-33/2-01/2025 saylı xidməti məktubdan görünür ki, Beyləqan rayon 1-ci Şahsevən kənd sakini Şəxs 06 yanvar 2025-ci il tarixdə 1ci Şahsevən kəndi ərazisində qanunsuz tikili ilə əlaqədar əraziyə baxış keçirilib tikili ilə bağlı icazə sənədi tələb olunan zaman uca səslə ünvansız nalayiq ifadələr işlətməsi barədə məlumat verilərək Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Beyləqan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş 07 yanvar 2025-ci il tarixli, MN ******* saylı "inzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 06 yanvar 2025-ci il tarixdə Beyləqan rayon 1-ci Şahsevən kəndində ictimai yerdə ünvansız nalayiq ifadələrək xırda xuliqlanlıq etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, işin faktiki halları ilə Şəxs xx.xx.2025ci il tarixdə qanunsuz tikili ilə bağlı Beyləqan rayon İcra hakimiyyəti başçsının Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları onun tərəfindən tikilən tikinti işləri ilə bağlı həmin əraziyə gələrək tikintinin icazəsinin olub-olmadığını və tikinitinin dayandırılmasını bildirən zaman ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi öz təsqidini tapdığından, o, həmin maddənin sanksiyası həddində inzibati xəta üzrə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Ona görə də barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏ RA RA A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-15/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-15/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver