Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-157/2023 16.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs direktoru X1 iştirakı ilə, Beyləqan şəhəri, ünvan 1 ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 10557.00 ABŞ dolları məbləğində vəsaiti 18 yanvar 2020-ci il tarixdə xaricə köçürməsi və 2 il müddət keçsə də, 10557.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməməsi və qabaqcadan ödənilmiş valyuta vəsaitini geri qaytarmaması ilə bağlı barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərmişdir. Beyləqan Rayon Məhkəməsinin 3(020)-157/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarı ilə hüquqi şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icrata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta əməli törətmiş hüquqi şəxs Şəxs MMC-nin barəsində olan inzibati material Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Gülər Paşayeva tərəfindən Beyləqan Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 3(020)-157/2023 saylı qərarından verdiyi şikayətə əsasən Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsin 3(106)-109/2023 saylı, 07 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Gülər Paşayeva tərəfindən verilmiş şikayət qismən təmin edilərək Beyləqan Rayon Məhkəməsinin 3(020)-157/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarı ləğv olunaraq inzibati xəta haqqında iş yenidən baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxsin direktoru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, rəhbəri olduğu Şəxs MMC müxtəlif növ istilik sistemi və kombi avadanlıqları idxalı ilə məşğul olur. Bu məqsədlə də təyinatı üzrə Şəxs MMC və «ENSAN KALİP VE MAKİNA SANAYİ ve TİC.LTD.ŞTİ» şirkəti ilə xx.xx.2020-ci il tarixli, 20- 017 nömrəli alqı-satqı müqaviləsinə əsasən müxtəlif növ kombi avadanlıqlarının alışı üçün 10557.00 ABŞ dolları məbləğində vəsait 18 yanvar 2020-ci ildə «Rabitəbank» vasitəsi ilə «ENSAN KALİP VE MAKİNA SANAYİ ve TİC.LTD.ŞTİ» şirkətinin hesabına köçürülmüş, həmin dəyərdə mallar Azərbaycana göndərilmiş və cəmiyyət həmin məhsulları qəbul etmişdir. Bu hal gömrük komitəsinin təqdim etdiyi **********9468 saylı, xx.xx.2020-ci il tarixli gömrük bəyənnaməsində də öz əksini tapmışdır. Ona görə də nümayəndəsi olduğu Şəxs əməllərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Mərkəzi Bankına qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən öz nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 20-017 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, 09 oktyabr 2020-ci il tarixli müqavilə türk dilində bağlanmış, tərəflər müqavilənin şərtlərini qəbul etmiş və imzaları ilə təsdiq etmişlər. Həmçinin köçürmə haqqında ərizə Azərbaycan dilində tərtib edilmişdir. Pulun köçürülməsi 18 yanvar 2020-ci il tarixdə həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş 18 yanvar 2020-ci il tarixli köçürmədən görünür ki, Şəxs QSC-i tərəfindən həmin tarixdə «Rabitəbank» vasitəsi ilə Türkiyə Cümhuriyyətində yerləşən « ENSAN KALİP VE MAKİNA SANAYİ ve TİC.LTD.ŞTİ » şirkətinin hesabına 10557.00 ABŞ dolları vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş **********9468 saylı X3 görünür ki, 09 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 46223,89 ABŞ dolları dəyərində mallar xx.xx.2020-ci il tarixdə Şəxs adına ölkəyə idxal olunmuşdur. Beləliklə də göründüyü kimi 10557.00 ABŞ dolları məbləğində pul vəsaiti 18 yanvar 2020-ci ildə sözügedən məhsulların alınması üçün «Rabitəbank» vasitəsi ilə «ENSAN KALİP VE MAKİNA SANAYİ ve TİC.LTD.ŞTİ» şirkətinin hesabına köçürülmüş, xx.xx.2020-ci il tarixdə isə mallar Şəxsin hüquqi ünvanına təhvil verilmiş, nəticədə həmin vaxtdan iki il müddət keçməmişdir. Şəxs MMC-nin nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi gömrük bəyannaməsindən görünür ki, 10557.00 ABŞ dolları dəyərində malların Azərbaycana gətirilməsi təmin edilmiş və həmin mallar gömrük orqanında bəyan edilmişdir. Bu hal həmin məhsulların Azərbaycan Respublikası Beyləqan rayon, Babək küçəsi ev 19-da yerləşən Şəxs QSC-nin ünvanına « ENSAN KALİP VE MAKİNA SANAYİ ve TİC.LTD.ŞTİ » şirkəti tərəfindən göndərilməsi ilə bağlı malların qablaşdırılması vərəqi ilə də təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Maddədə müəyyən edilmiş müddətlər hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq Qərarına əsasən 2 (iki) il müəyyən edilmişdir. Hazırkı iş üzrə isə Şəxs tərəfindən valyutanın köçürülməsi 18 yanvar 2020-ci il tarixdə baş verdiyindən Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq Qərarı ilə müəyyən olunmuş iki il müddəti keçməmişdir. Beləliklə Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkibinin olması müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Hesab edirəm ki, hazırkı vəziyyətdə Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 430.4-cü maddəsinin tərkibi yoxdur, ona görə də hazırki inzibati xəta haqqında iş üzrə icrata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icrata xitam verilsin. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №3(020)-157/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-157/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver