Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-158/2025 05.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Laçın rayonunda qeydiyyatda olmaqla hazırda Beyləqan rayonu Eyvazalılar kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı, 510-cu və 535.1-ci maddələri ilə Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına Beyləqan rayon polis şöbəsi tərəfindən Şəxs barəsində İXMin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə tərtib edilmiş 04.032025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Beyləqan rayonu Eyvazalılar kəndinin mərkəzində küçədə uca səslə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmiş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə əməl etməmiş və müayinə zamanı narkotik vasitə olan THC(marixuana) istifadə etməsi müəyyən olunmuşdur. Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X5 izahat verərək bildirmişdir ki, Beyləqan rayon PŞ-nin PPXB-nin manqa komandiri Zamin Mirzəyev xx.xx.2025-ci il tarixdə rayon PŞ-nin rəisinə raportla müraciət edərək xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində patrul yoldaşı Şəmşir Nərimanlı ilə birlikdə Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində xidmətdə olduqları zaman Şəxs kəndin mərkəzi hissəsində uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətdiyini, həmin şəxsi nizam-intizama dəvət edən zaman onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə Şəxs PŞ-nə gətirildiyini və PŞ-də Şəxs narkotik vasitə istifadəçisi olmasından şübhəli olduğunu bildirərək, bununla bağlı araşdırma aparılmasını xahiş etmişdir. Raportla bağlı Beyləqa rayon PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X6 tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 mart 2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 206-cı, 510-cu və 535.1-ci maddələri ilə inzibati araşdırma aparılması üçün bölmənin aidiyyatı əməkdaşı kimi ona göndərilmişdir. Bu səbəbdən, Şəxs əməlində İXM-in 206-cı, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmış və onun barəsində Azərbaycan Respublikası İXM- nin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla özünü təqsirli bildi və izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Eyvazalılar kəndində Səfiyar və Mövləylə aralarında sözlü mübahisə yaranmış və həmin vaxt o, mobil telefonla bir nəfər tanıdığı adamla danışarkən söyüş söymüşdür. Bu zaman onlardan biraz kənarda polis əməkdaşları olmuş və polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edərək nə üçün mübahisə etdiklərini onlardan soruşmuşlar. Onlar polis əməkdaşlarına mübahisə etmədiklərini bildirdikdə polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər, həmin vaxt o, getmək istəməmiş, kəndin mərkəzinə yaxın olan evinə getmək istəmişdir. O, əməliyyat olunduğuna görə evdən dərmanlarını götürmək istəmişdir. Polis əməkdaşları elə başa düşmüşlər ki, onların qanuni tələbinə tabe olmur. Sonra onu polis şöbəsinə gətirmişlər. Bundan sonra ondan sidik analizi götürülmüş və onun narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuş, bu barədə həkim tərəfindən muayinə protokolu tərtib edilmişdir. O, narkotik vasitəni təxminən 2 ay bundan əvvəl qəbul etmişdir. Hazırda hərəkətlərindən peşmandır. Törətdiyi əməllə bağlı peşmançılıq hissi keçirir. Ona yüngün cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Beyləqan rayon Polis şöbəsinin post-patrul xidməti bölüyünün manqa komandiri X7 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş hadisə ilə bağlı Beyləqan rayonu Eyvazalılar kəndinə getmişlər. Həmin gün saat 14 radələrində Beyləqan rayon Polis şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Şəmşir Nərimanlıyla birlikdə təhkim olunmuş xidməti avtomobillə Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində olan zaman 3 nəfər şəxsin kəndin mərkəzi hisəsində uca səslə nalayiq söyüşlər söyərək mübahisə etdiklərini və ictimai qaydanı pozduqlarını görmüşlər. Dərhal həmin şəxslərə yaxınlaşaraq özlərini nizam-intizamlı aparmalarını, ictimai yerdə söyüş söyməmələrini onlara bildirmişlər. Lakin bu zaman həmin şəxslər sərxoş olduqları üçün onların qanuni tələblərinə əməl etməmişlər və öz qanunsuz hərəkətlərinə davam etdirmişlər. Həmin vaxt onlardan Şəxs mobil telefonla danışan zaman söyüş söymüş, onların qanuni tələbinə tabe olmayaraq oradan getmək istəmişdir. Lakin onu saxlayıb getməsinə imkan verməmişlər. Şəxs sonradan onlara əməliyyat olunduğunu, dərman götürməkdən ötrü evə getmək istədiyini bildirmişdir. Daha sonra həmin şəxsləri avtomobilə əyləşdirmişlər və onları Beyləqan rayon polis şöbəsinə aparmışlar. Bundan sonra Şəxs sərxoş olmasını müəyyən etmək üçün tibbi muayinədən keçirilmiş və həkim müayinəsi nəticəsində Şəxs narkotik vasitələrdən istifadə etməsi halı müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid Beyləqan rayon Polis şöbəsinin post-patrul xidməti polis nəfəri X1 rayon Polis şöbəsinin post-patrul xidməti bölüyünün manqa komandiri X7 ilə eyni məzmunda ifadə verərək Zamin Mirzəyevin ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İXM-in 206, 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində araşdırılma aparılması qərarı Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, AZA 022033 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 10:00-da azad edilmişdir. “İnsan Psixikasına təsir edən İstehlak və sərxoşluq” hallarının bütün növlərini təyin edən tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan marixuana (TSH) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloj Mərkəzinin(Gəncə şəhəri üzrə) xx.xx.2025-ci il tarixli 326 nömrəli ambulator-məcburi narkoloji-tibbi yoxlama rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan (THC) marixuana aşkar edilmişdir. Narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui - istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi müayinə aktları, inzibati xəta haqqında protokol, Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahatı, şahid ifadələri və digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206, 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir və inzibati xəta haqqında protokol əsaslıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6-cı maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində İXM-in 32.1.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 510-cu maddəsinə görə Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini, onun narkomaniya xəstəliyindən əzab çəkməsini və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh təyin edilməlidir. Bundan başqa Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı və barəsində narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 115.3-cü maddəsinə görə inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. Şəxs xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək saxlanıldığı 1 (bir) gün müddət ona təyin olunmuş cəzaya daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati qaydada qəbs edilsin. Şəxs xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək saxlanıldığı 1 (bir) gün müddət ona təyin olunmuş cəzaya daxil edilsin, qəti olaraq üzərində 14 (on dörd) gün müddətə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi mualicə təyin edilsin, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-158/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-158/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver