Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-159/2025 14.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X1 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Beyləqan rayonu, Eyvazalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatda olmaqla hazırda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206, 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Beyləqan rayon polis şöbəsi tərəfindən Şəxs barəsində İXMin 206, 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində ictimai yerdə ünvansız nalayiq sözlər işlədək polisin qanuni tələbinə əməl etməmiş və müayinə zamanı narkotik vasitə olan THC (marixuana) istifadə etməsi müəyyən olunmuşdur. Beyləqan rayon Polis şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Beyləqan rayonu PŞ-nin PPXB-nin manqa komandiri X6 rayon PŞ-nin rəisinə raportla müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 14 radələrində patrul yoldaşı Şəmşir Nərimanlı ilə birlikdə Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində xidmətdə olarkən Şəxs kəndin mərkəzi hissəsində uca səslə ünvanlı və ünvansız küçə söyüşləri söydüklərini, həmin şəxsi nizam-intizama dəvət edərkən onların qanuni tələblərinə tabe olmadığını və buna görə həmin şəxsin PŞ-nə gətirildiyini, həmin şəxsin narkotik vasitə istifadəçisi olduğu şübhəsi olduğundan onun barəsində araşdırma aparılmasını xahiş etmişdir. Raportla bağlı Beyləqa rayon PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X4 tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 mart 2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 206, 510 və 535.1-ci maddələri ilə inzibati araşdırma aparılması üçün bölmənin aidiyyatı əməkdaşı kimi ona göndərilmişdir. Bu səbəbdən, Şəxs əməlində İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmış və onun barəsində AR İXM- nin 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilməmiş, lakin İXM-nin 206cı maddəsi özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Beyləqan rayonu Eyvazalılar kəndində yerləşən evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə gələrək onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə polis maşınına minərək rayon PŞ-nə gəlmişdir. Polis şöbəsində ona kənd ərazisndə baş vermiş oğurluq hadisəsi barədə bir neçə sual verilmişdir. xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək rayon PŞ-də saxlanılmışdır. Polis şöbəsinə gətirildikdən iki gün sonra Polis şöbəsində ondan sidik analizi götürülmüş və onun narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunan zaman polislərə qarşı hər hansı bir tabesizlik göstərməmiş, həmçinin küçədə və ya ictimai yerdə söyüş söyməmişdir. Göstərilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Beyləqan rayonu, Eyvazalılar kəndində yaşadığı evdə olan zaman nəvəsi ona bildirmişdir ki, qardaşı oğlu Möyləni aparmaq üçün qonşuluqda yaşayan qardaşı evinə polis əməkdaşı gəlmişdir. O, həmin vaxt əyninə paltar geyinərək darvazadan çıxaraq qardaşı oğlunun yaşadığı evə tərəf gedən zaman Möylənin boynundan bir nəfər polis əməkdaşının tutduğunu və Möylənin ayaqyalın olduğunu görmüşdür. O, uzaqdan polis əməkdaşlarına səslənərək qardaşı oğlunun yiyəsinin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları Möyləni polis maşınına mindirərək aparmış və 4-5 gün onların Möylədən heç bir xəbəri olmamışdır. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirmişdir ki, Şəxs onun qardaşıdır. xx.xx.2025-ci il tarixdə evdə olmamışdır. Lakin atasının və anasının dediyinə görə xx.xx.2025-ci il tarixdə Beyləqan rayon PŞ-nin əməkdaşları yaşadqları evə gələrək qardaşı Möyləni özləri ilə rayon PŞ-nə aparmışlar. Qardaşını 5 gün polis şöbəsində saxlamışlar və o, hər gün qohumları ilə polis şöbəsinə qardaşıgilə yemək aparmışdır. . Qardaşı Möylə xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək məhkəmə iclası təxirə salınan günə qədər polis şöbəsində saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İXM-in 206, 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində araşdırılma aparılması qərarı Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, AZA 022032 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 10:00-da azad olunmuşdur. “İnsan Psixikasına təsir edən İstehlak və sərxoşluq” hallarının bütün növlərini təyin edən tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan marixuana (THC) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloj Mərkəzinin(Gəncə şəhəri üzrə) xx.xx.2025-ci il tarixli 326 nömrəli ambulator-məcburi narkoloji-tibbi yoxlama rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik vasitə olan (THC) marixuana aşkar edilmişdir. Narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui - istifadə nəticəsinde yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 510 və 535.1ci maddəsinin tərkib əlamətləri sübuta yetirilmədiyindən, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyət yaranır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət yaranır. Məhkəmə iclasında aparılmış araşdırma zamanı isə Şəxs polisin qanuni tələbinə tabe olmaması və ictimai qaydanı pozan hallar müəyyən edilməmiş və həmin halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin, 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İşin faktiki halları ilə Şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi öz təsqidini tapdığından, o, həmin maddənin sanksiyası həddində inzibati xəta üzrə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6-cı maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs narkotik vasitələrdən istifadə etməsini səmimi etirafını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bundan başqa Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı və barəsində narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Eyni zamanda məhkəmə Şəxs 01 mart 2025-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilsin. Şəxs narkomaniyadan məcburi mualicə təyin edilsin, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-159/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-159/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver