Məhkəmə qərarları › İş №3(020)-16/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-16/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-16/2025 07.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Beyləqan rayonu, Dünyamalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-953/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 8.000 manat pul alınıb X1 verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 11 mart 2024-cü il tarixli, 3(020)-202/2024 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-953/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 8.000 manat pul alınıb X1 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə borcunu ödəməsi üçün onun iş yerinə əmək haqqından tutulma ilə bağlı göstəriş verilmiş, bir neçə ay olmaqla əmək haqqından ümumilikdə 1891 manat tutularaq tələbkara ödənilmiş, lakin sonradan işdən çıxıdığına görə tələbkara heç bir ödəniş etməmişdir. Şəxs icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində 11 mart 2024-cü il tarixdə protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra isə icra tədbirləri görülməsinə baxmayaraq borcundan heç bir ödəniş etməmiş və tələbkar müxtəlif instansiyalara şikayət edərək icra sənədi üzrə qalan borcun ödənilməsini tələb etmişdir. Şəxs icra şöbəsinə gəlmiş və izahat verərək icra sənədi üzrə borcundan hazırda ödəniş etmək üçün imkanının olmadığını bildirmişdir. İmkanı olacağı təqdirdə gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Şəxs həmin hərəkətləri il ərazində təkrar törətmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-953/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən ondan 8.000 manat pul alınıb X1 verilməlidir. Bildirdi ki, əvvəllər müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edən zaman icra sənədinin icrası onun əmək haqqına yönəldilmiş, bir neçə ay olmaqla icra sənədi üzrə borcuna görə ümumilikdə əmək haqqından 1891 manat pul tutularaq tələbkara verilmişdir. Qalan məbləğdə borcu qalmışdır. Əslində o, tələbkardan cəmi 800 manat pul almış, tələbkar həmin pulu ona faizə vermişdir. Fəhlə işlədiyinə görə qazancı borcunu ödəməyə imkan vermir. Tələbkar isə pulun hissə-hissə ödənilməsinə razı deyildir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-953/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 8.000 manat pul alınıb X1 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-953/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İşdə olan bildirişdən görünür ki, borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə qalan borcunu ödəməmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 11 mart 2024-cü il tarixli, 3(020)-202/2024 saylı qərarından görünür ki, Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Beyləqan rayon məhkəməsinin 11 mart 2024-cü il tarixli, 3(020)-202/2024 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməməsi, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 07 yanvar 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar