Məhkəmə qərarları › İş №3(020)-162/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-162/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-162/2024 27.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Beyləqan rayonu, Örənqala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Beyləqan rayonu, Örənqala qəsəbəsində yerləşən evlərində atası Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır atası Zərərçəkmiş şəxsla bir evdə yaşayırlar və aralarında hər hansı bir ədəvətləri olmamışdır. O, ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, spirtli içki qəbul etdiyi üçün ailəsi ondan boşanmışdır. Bundan sonra o, Bakı şəhərindən Beyləqan rayon Örənqala qəsəbəsinə, atası Solatan Həsənovun evinə gəlmiş və Soltan Həsəna məxsus evdə yaşamışdır O, yenədə spirtli içki qəbul etdiyi üçün atası Solatan Həsənov və X4 onu evdə qalmağa qoymamışlar. xx.xx.2024-cü il tarixdə içkili evə gəlmiş, həmin vaxt atası Zərərçəkmiş şəxs onu evə qoymamış və onu evdən çölə çıxarmış, həmin vaxt əliylə atası Soltanın sifət nahiyəsindən itələmiş, Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan sonra evdən çıxıb getmiş, bununla da mübahisə sona çatmışdır. X4 ilə aralarında dava-dalaş olmamış, heç vaxt Nənə Sadıqovanı vurmamış, atası Zərərçəkmiş şəxs onu evdən çıxaran zaman Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuşdur. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs onun oğludur. Şəxs mütamadi olaraq spirtli içki qəbul edərək hərəkətlərini bilməmiş və İbrahim spirtli içki aludəçisi olmuşdur. Şəxs içki qəbul edərək evində mübahisə və münaqişə saldığı üçün ailəsi İbrahimdən boşanmış, hazırda İbrahim onun evinə gələrək onun evində yaşayır. Şəxs hər gün içkili vəziyyətdə onun evinə gələrək onunla və aravadı X1 ilə heç bir səbəb olmadan mübahisə və münaqişə edərək onları təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində İbrahim sərxoş vəziyyətdə evə gəlmiş, o, və arvadı X2 içki qəbul etdiyi üçün irad bildirmişlər. Həmin vaxt İbrahim onu və Nənəni nalayiq söyüşlərlə təhqir etmiş, bundan sonra Şəxs demişdir ki, “evdən çıx və evə gəlmə”. Bu zaman Şəxs yumuruqla onun sifət nahiyəsinə bir zərbə vuraraq onun burnuna xəsarət yetirmiş, həmin vaxt yerə yıxılmışdır. Bundan sonra İbrahim təpiklə onun belinə və qılçalarına vurmuş, yumuruqla baş və digər nahiyələrinə vuraraq onu boğmuşdur. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Aralarında baş vermiş münaqişə 3-4 dəqiqə davam etmiş, həmin vaxt yanında arvadı Nənə Sadıqovadan başqa heç kim olmamış, mübahisə zamanı İbrahimi vurmamışdır. Hazırda Şəxsla barışmamış və onu bağışlamamışdır. Şəxs şikayətçidir. Şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Beyləqan rayonu, Örənqala qəsəbəsində yerləşən evlərində atası Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəmnində mübahisə etmiş və Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarını nəzərdən keçirib, inzibati xəta əməlini törətmiş Şəxs, Zərərçəkmiş şəxs dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beyləqan rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası SN-nin MTE və PA Birliyinin Beyləqan rayonlararası zona mərkəzinin eksperti Fazil Bayramov tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 07 fevral 2024-cü il tarixli, 98/2024 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs burun və sol baldır nahiyələrində qançırlar aşkar edilmişdir ki, həmin xəsarətlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir. Toplanmış araşdırma materialları və MTE və PA birliyinin Beyləqan rayon şöbəsinin ekspert rəyi, eləcə də Zərərçəkmiş şəxs izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə döymüşdür. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İşin məhkəmə iclasında araşdırılmış halları ilə hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi kifayət qədər sübuta yetmişdir. Həmçinin təhqiqatçı tərəfindən Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmasına dair qərar qəbul edilmişdir. Lakin Zərərçəkmiş şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verməmişdir. Həmin qərar qüvvədə olmaqla hazırda ondan şikayət vermə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 11:30-dan hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar