Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-164/2023 03.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1962-ci ildə Beyləqan rayonu Aşqallar kəndində anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu Aşağı Çəmənli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Beyləqan rayon Aşağı Çəmənli kəndində həmkəndliləri Zərərçəkmiş şəxs2 və onun anası Zərərçəkmiş şəxs1 söyüb təhqir etmiş və orada olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında əməlini qismən etiraf etdi və izahat verərək göstərdi ki, Beyləqan rayonu Aşağı Çəmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda daimi yaşayır. Zərərçəkmiş şəxs2 və anası Zərərçəkmiş şəxs1 tanıyır. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Daşınmaz Əmlakın Dövlət Reyesteri xidmətinin əməkdaşları yaşadığı evin həyətini ölçmək üçün onun həyətinə gəlmiş, onun həyətini ölçdükləri üçün əsəbləşərək ünvansız nəlayiq ifadələr işlətmişdir. Əməkdaşlar həyətində ölçü işləri apran zaman Zərərçəkmiş şəxs2 və onun anası Zərərçəkmiş şəxs1 da orada olmuş, lakin o, onlara qarşı deyil, ünvansız söyüşlər söymüşdür. Həmin vaxt o, əsəbi vəziyyətdə olduğundan özündə olmamışdır. Hazırda əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Şəxs onun həmkəndlisidir. Şəxs onun anası Şərqiyyəyə məxsus yaşayış evində qanunsuz olaraq məskunlaşmışdır. Şəxs dəfələrlə evdən könüllü olaraq çıxmasını bildirsədə Şəxs hərdəfəsində onun və anasının ünvanına nəlayiq ifadələr işlədərək evdən çıxmayacağını bildirmişdir. xx.xx.2023cü il tarixdə saat 11 radələrində Daşınmaz Əmlakın Dövlət Reyesteri xidmətinin əməkdaşları həmin evin həyətində ölçmə işləri aparmağa gəlmiş, o, və anası Şərqiyyə də əməkdaşların yanında olmuşdur. Həmin vaxt Şəxs onları görüb yenidən onların ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Ona görə də DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 ilə eyni məzmunda izahat verərək Zərərçəkmiş şəxs2 izahatının doğruluğunu təsdiq etdi. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Beyləqan rayon Aşağı Çəmənli kəndində həmkəndliləri Zərərçəkmiş şəxs2 və onun anası Zərərçəkmiş şəxs1 söyüb təhqir etmiş və orada olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarına əlavə edilmiş raportdan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə saat 11 radələrində DİN-nin 102 xidmətinə zəng edərək həmkəndlisi Şəxs öz oğlu Amidlə birlikdə onunla mübahisə etməsi barədə məlumat vermişdir. Şəxs xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları və şahidlərin izahatı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hadisədən sonra peşmançılıq hissi küçirməsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-164/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-164/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver