Məhkəmə qərarları › İş №3(020)-164/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-164/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-164/2025 11.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Beyləqan rayonu Əlinəzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Beyləqan rayonu Əlinəzərli kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X5 izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-779/2024 saylı icra sənədinə əsasən Şəxs vurulmuş maddi ziyana görə 3900 manat və ödənilmiş dövlət rüsumuna görə 59 manat pul alınıb X1 verilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs icra sənədi üzrə borcundan ümumilikdə 450 manat ödəniş etmiş, lakin sonradan qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etmədiyindən və icra məmurunun qanuni çağırışlarına gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilmiş və icrası üçün polis şöbəsinə göndərilmişdir. Şəxs icra şöbəsində də izahat verərək icra sənədi üzrə borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-779/2024 saylı icra sənədinə əsasən ondan vurulmuş maddi ziyana görə 3900 manat və ödənilmiş dövlət rüsumuna görə 59 manat pul alınıb X1 verilməlidir. O, icra sənədi üzrə bir dəfə 450 manat ödəniş etmiş, lakin sonradan heç bir ödəniş etməmişdir. Ödəniş etməməsinə əsas səbəblərdən biri məhkəmənin qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum edildiyindən ərazi və vaxt məhdudiyyətinə görə heç bir işdə işləyə bilməməsidir. Həmçinin ümumi olaraq maddi imkanı zəifdir. Həyat yoldaşı rəhmətə getdiyinə görə ailə başçısının itirilməsinə görə 360 manat pensiyası ödənilir. Həmin pensiya ilə ailəsinin tələbatlarını ödəyir. Həmçinin səhhətində olan xəstəliklərə görə əlində qalan pulu mualicəsi üçün lazm olan dərmanlara xərcləyir. Başqa yerdən heç bir rəsmi gəliri yoxdur. Hal-hazırda onun icra sənədi üzrə 3450 manat borcu qalmışdır. Həmin borcu da hissə-hissə ödəməyi təklif etsə də, tələbar və icra məmuru bununla razılaşmır. O, heç vaxt borcunu ödəməkdən qəsdən yayınmamışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-779/2024 saylı icra sənədindən görünür ki, Şəxs vurulmuş maddi ziyana görə 3900 manat və ödənilmiş dövlət rüsumuna görə 59 manat pul alınıb X1 verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-779/2024 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və Şəxs tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin 1(020)-6/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddəti ərzində məhkumun yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişməməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Lakin, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokolda borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə qeyd olunan inzibati xətanı törətməsi, yəni inzibati xətanın mahiyyəti göstərilməmiş və eləcə də, onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibinin olduğunu təsdiq edən sübutlar Protokolda qeyd edilməmiş və belə bir sübutların mövcudluğu məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. Bununla belə, qeyd etmək lazımdır ki, Protokolda inzibati xətanın mahiyyəti göstərilməsə də, proses iştirakçılarının izahatları ilə müəyyən edilir ki, Şəxs hazırkı Protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi - mahiyyətinə görə Şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-779/2024 saylı icra sənədinə əsasən 3900 manat və ödənilmiş dövlət rüsumuna görə 59 manat pul alınıb X1 ödəməli olması, lakin Şəxs tələbi tam şəkildə təmin etməməsi ilə əlaqədardır. Lakin, məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş sənədlərlə borclu Şəxs icra sənədi üzrə tutulmalı olan borc məbləğini bir dəfəyə ödəmək imkanının olması və borclunun qeyd olunan həmin borc məbləğini üzürsüz səbəbdən, yəni qəsdən ödəməməsi müəyyən olunmamışdır. Əksinə, borclu tərəfindən borcu ilə əlaqədar ödənişlər edilmiş, sonuncu dəfər isə 450 manat məbləğində ödəniş olunmuş və borcunun azaldılması üçün müvafiq hərəkətlər edilmişdir. Eyni zamanda Şəxs məhkəmə iclasında məhkəmənin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən rəsmi olaraq işləyə bilmədiyini, ailə başçısını itirildiyinə görə 360 manat pensiya aldığını bildirmişdir. Lakin icra məmuru tərəfindən həmin hallar müvafiq qaydada araşdırılmadan, inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar