Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-170/2024 28.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Beyləqan rayonu, Yuxarı Aran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, deməsinə görə məhkum olunmamış, işsiz, Beyləqan rayonu, Yuxarı Aran kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-3472/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay iki uşağın saxlanılması üçün 250 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-1109/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 3172.80 manat pul və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyirinə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-682/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə Şəxs 2166 manat pul və 41.66 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyirinə ödənilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-3472/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədinə əsasən ondan hər ay iki uşağın saxlanılması üçün 250 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-1109/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan 3172.80 manat pul və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyirinə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-682/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə ondan 2166 manat pul və 41.66 manat dövlət rüsumu tutularaq "xxxx" MMCnin xeyirinə ödənilməlidir. İcra sənədi üzrə aliment borcundan müxtəlif vaxtlarda olmaqla bir neçə ay ödəniş etmiş, lakin sonradan maddi imkanı olmadığına görə icra sənədləri üzrə borclarını ödəməmiş, nəticədə icra sənədləri üzrə aliment və digər təşkilatlara olan borcu ilə birlikdə ümumilikdə 6160.46 manat borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə çağırılmış icra şöbəsində verdiyi izahatında da bildirmişdir ki, rəsmi iş yeri yoxdur, gündəlik fərdi işlərlə məşğul olaraq əldə etdiyi qazancı özünün dolanışığına ancaq kifayət edir. Ona vaxt verilərsə icra sənnədi üzrə aliment borcunu və digər borclarından hissə-hissə ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-3472/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay iki uşağın saxlanılması üçün 250 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-1109/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 3172.80 manat pul və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyirinə verilməlidir. Bundan başqa Beyləqan rayon məhkəməsinin 2(020)-682/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə Şəxs 2166 manat pul və 41.66 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyirinə ödənilməlidir. Borclu Şəxs icra sənədi üzrə alimenti və digər icra sənədləri üzrə borcunu ödəməsi üçün barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 6160.46 manat borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə yaranmış aliment və digər borclarını bu günədək ödəməmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədləri üzrə borclarını ödəmək üçün maddi imkanının olmadığını və ona vaxt verilərsə borclarını hissə-hissə ödəyəcəyini bildirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-3472/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs hər ay iki uşağın saxlanılması üçün 250 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1109/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 3172.80 manat pul və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyirinə verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-682/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 2166 manat pul və 41.66 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyirinə ödənilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədləri üzrə olan borclarını üzürsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment və digər icra sənədləri üzrə borclarını ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 fevral 2024-cü il tarixdən, saat 12:40-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-170/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-170/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver