Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-172/2023 16.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Laçın rayonu, Şəlvə kəndində anadan olmuş, fərdi əməklə məşğul olan, orta təhsilli, ailəli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Tərtər rayonu Şıxarx qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 noyabr 2022-ci il tarixdə saat 20:25 radələrində S.T Mingəçevir-Bəhrəmtəpə yolunun 131-ci kilometrliyinin Beyləqan rayonu Eyvazalılar kəndindən keçən hissəsində özünə məxsus xırdabuynuzlu heyvanları havanın qaranlıq vaxtı qanunsuz olaraq yolun digər tərəfinə keçirən zaman həmin heyvanlar “Kamaz 5511” yük markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəyərək avtomaşının əzilməsinə səbəb olmuşdur. Nəticədə Ş.Rüstəmovun avtomobilinə ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 20 noyabr 2022-ci il tarixdə özünə məxsus 720 baş xırdabuynuzlu heyvanları qardaşı oğlu Şahvələdov Elqayıt ilə birlikdə Beyləqan rayonu Şərq qəsəbəsindən Beyləqan rayonu Eyvazalılar kəndində yerləşən qohumu Əmiraslan kişiyə məxsus fermaya aparan zaman S.T Mingəçevir-Bəhrəmtəpə yolunun 131-ci kilometrliyinin Beyləqan rayonu Eyvazalılar kəndindən keçən hissəsində olan xırdabuynuzlu heyvanları yolun solundan sağına keçirən zaman hərəkətdə olan “Kamaz 5511” yük markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü hava qaranlıq olduğundan heyvanları görməmiş və ona məxsus 40 baş xırdabuynuzlu heyvanları vuraraq öldürmüşdür. Həmin vaxt qaranlıq olduğu üçün fanarla yola işıq salmış, lakin sürücü bunu görməmişdir. Hadisə zamanı başqa xəsarət alan olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq Ş.Rüstəmov məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki inzibati işə zərərçəkmiş X2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 noyabr 2022-ci il tarixdə saat 20:25 radələrində S.T Mingəçevir-Bəhrəmtəpə yolunun 131-ci kilometrliyinin Beyləqan rayonu Eyvazalılar kəndindən keçən hissəsində özünə məxsus xırdabuynuzlu heyvanları havanın qaranlıq vaxtı qanunsuz olaraq yolun digər tərəfinə keçirən zaman həmin heyvanlar “Kamaz 5511” yük markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəyərək avtomaşının əzilməsinə səbəb olmuşdur. Nəticədə Ş.Rüstəmovun avtomobilinə maddi zərər dəymişdir. Qəza zamanı X2 avtomobilinə maddi zərər dəyməsi iş materialları ilə kifayət qədər sübuta yetrilmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, xüsusiyyətlərini onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-172/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-172/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver