Məhkəmə qərarları › İş №3(020)-172/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-172/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-172/2024 28.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Beyləqan rayonu, Yuxarı Aran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Yuxarı Aran kəndində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən yaşadığı evdə muvafiq sənədləri olmayan bir ədəd tək lüləli, 16 kalibirli, 830811 nömrəli ov tüfəngininin daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu Yuxarı Aran kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində yaşağıdı evdə olan zaman evin həyət qapısnın döyüldüyü eşidərək həyət çıxmış və həyət qapısında bir nəfər polis əməkdaşının olduğunu görmüşdür. Polis əməkdaşına yaxınlaşarkən polis əməkdaşı özünü təqdim edərək onun evində qanunsuz ov silahı saxlaması barədə ona məlumat daxil olduğunu bildirmişdir. O, polis əməkdaşına evində babasından qalma bir ədə ov tüfənginin olduğunu bildirmişdir. Polis əməkdaşı həmin ov tüfənginin muvafiq sənədlərini istəmişdir. O, həmin ov tüfənginin ona babasından yadigar qaldığına görə heç bir sənədlərinin olmadığını polis əməkdaşına bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşına təhvil vermiş, özü də polis əməkdaşı ilə birlikdə rayon PŞ-nə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı X1 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində rayonun Yuxarı Aran kəndi ərazisində xidmətdə olan zaman kənd sakini Şəxs özünə məxsus evdə bir ədəd sənədləri olmayan ov tüfəngini saxlaması barədə əməliyyat məlumatı almışdır. Ona görə də Şəxs qapısına getmiş və Şəxs həmin silahın sənədlərinin olub-olmadığını soruşmuşdur. Şəxs isə cavabında mülki ov tüfənginin babasından yadigar qaldığını və ona görə də tüfəngin heç bir sənədlərinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün bir ədəd tək lüləli, 16 kalibirli, 830811 nömrəli ov tüfəngini və Şəxs rayon polis şöbəsinə gətirmişlər. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd tək lüləli, 16 kalibirli, 830811 nömrəli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar