Məhkəmə qərarları › İş №3(020)-173/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-173/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-173/2023 06.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olan,Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-2327/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 1903.21 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İş üzrə icra sənədi Beymləqan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət küçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-2327/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan 1903.21 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi üzrə borcundan maddi imkanı olmadığından heç bir ödəniş etməmiş, icra sənədinin könüllü icrası barədə icra məmuru tərəfindən ona vaxt verilmiş,hissə-hissə 440 manat ödəmişdir. İcra məmuru tərəfindən onun ünvanına çağırış məktubu getmiş, həmin məktubu aldıqdan sonra İcra və Probasiya şöbəsinə gəlmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunun ödənilməsi tələb olunmuşdur. İcra sənədi üzrə olan borcundan hazırda 900 manat ödəniş etmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyinə söz vermişdir. Taksiçilik fəaliyyəti ilə məşğul olur, qazancını özünün və ailəsinin dolanışığına sərf edir. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-2327/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 1903.21 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Borclu Şəxs icra sənədi üzrə olan borcundan indiyədək ödəniş etməmiş nəticədə icra sənədi üzrə borcu ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədinə əsasən borcundan 440 manat ödəniş etmiş, qalan borcunu ödəməmişdir. Şəxs icra şöbəsinə dəvət olunmuş və ona hüquq və vəzifələri izah olunaraq borcunu tam şəkildə ödəməsi tələb edilmişdir. İcra şöbəsində verdiyi izahatında borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Hazırda tələbkara olan borcundan 900 manat ödəmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-2327/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 1903.21 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Camal Alıyevin izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmamış, maddi imkanı olmadığından icra sənədi üzrə borcunu tam ödəyə bilməmişdir, icra sənədi üzrə hazırki vaxta kimi 440 manat, daha sonra isə 900 manat ödəmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs əvvəllər icra sənədi üzrə borcundan hissəhissə 440 manat ödəniş etmişdir. Hazırki tarixdə isə icra sənədi üzrə 900 manat tələbkar təşkilatın hesabına ödəmişdir. Qalan borcu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Onun icra sənədini üzürsüz səbəbdən icra etməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar