Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-173/2024 29.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər, Nizami rayon məhkəməsinin 2(007)-346/2017 saylı, 16 oktyabr 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 15 sentyabr 2006-cı il təvəllüdlü X3 və 03 noyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2013cü il tarixdən başlayaraq hər uşağa görə ayda 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınıb Nəsirova (Dostəliyeva) Arzu Adilşah qızına verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 3(020)-546/2023 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhər, Nizami rayon məhkəməsinin 2(007)-346/2017 saylı, 16 oktyabr 2014-cü il tarixli icra sənədinə əsasən ondan 15 sentyabr 2006-cı il təvəllüdlü X3 və 03 noyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2013cü il tarixdən başlayaraq hər uşağa görə ayda 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınıb Nəsirova (Dostəliyeva) Arzu Adilşah qızına verilməlidir. İcra sənədi üzrə aliment borcunu bir neçə ay gecikdirsə də əvvəllər hər ay vaxtında ödəmiş, lakin sonradan işdən çıxmış və maddi imkanı olmadığına görə alimenti ödəyə bilməmiş və nəticədə icra sənədi üzrə 2380 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən rayon İcra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış və hüququ və vəzifələri izah olunaraq ondan icra sənədi üzrə olan aliment borcunun ödənilməsi tələb olunmuşdur. O, aliment borcunu ödəməkdən boyun qaçırmır, hər ay vaxtında alimenti ödəyir, imkanı olmadığına görə son aylar alimenti ödəyə bilməmişdir. Hazırda aliment borcundan 1500 manat ödəmişdir. Qalan borcunu alimentlə birlikdə hissə-hissə ödəyəckdir. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhər, Nizami rayon məhkəməsinin 2(007)-346/2017 saylı, 16 oktyabr 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 15 sentyabr 2006-cı il təvəllüdlü X3 və 03 noyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2013cü il tarixdən başlayaraq hər uşağa görə ayda 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınıb Nəsirova (Dostəliyeva) Arzu Adilşah qızına verilməlidir. İcra sənədi onun icraatına daxil olduqdan sonra Şəxs bir neçə ay icra sənədi üzrə alimenti vaxtında ödəmişdir. 05 iyun 2023-cü il tarixdə icra sənədi üzrə alimenti ödəmədiyindən Şəxs barəsində protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Şəxs həbsdən çıxdıqdan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 2380 manat aliment borcu bu günədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə aliment borcunu bu günədək ödəməmişdir. Şəxs icra şöbəsində izahat verərək icra sənədi üzrə yaranmış aliment borcunu ödəmək vaxt istəmiş, Şəxs iştirakı ilə icra sənədi üzrə tələbkar Arzu Nəsirova ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, lakin tələbkar icra sənədi üzrə borcun ödənəliməsini tələb etmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. İşdə Bakı şəhər, Nizami rayon məhkəməsinin 2(007)-346/2017 saylı, 16 oktyabr 2014cü il tarixli olan icra sənədindən görünür ki, Şəxs 15 sentyabr 2006-cı il təvəllüdlü X3 və 03 noyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər uşağa görə ayda 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınıb Nəsirova (Dostəliyeva) Arzu Adilşah qızına verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 3(020)-546/2023 saylı qərarından görünür ki, Şəxs məhkəmənin qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs 1500 manat pulu tələbkar Nəsirova (Dostəliyeva) Arzu Adilşah qızının plastik kart hesabına ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan aliment borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmamış, hər ay aliment ödəmiş, yığılan 2380 manat aliment borcundan hal-hazırda 1500 manat tələbkara ödəmiş, bunu sübut edən qəbzi də məhkəməyə təqdim etmişdir. Qalan borcunu isə alimentlə birlikdə hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, borclu Şəxs icra sənədi üzrə yaranmış 2380 manat aliment borcundan 1500 manatı tələbkara ödəmiş və bunu sübut edən qəbzləri məhkəməyə təqdim etmişdir. Qalan aliment borcunu isə hər ay alimentlə birlikdə hissə-hissə ödəyəcəyi barədə məhkəmədə söz vermişdir. Onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi, yəni aliment ödəməkdən boyun qaçırması məhkəmə iclasında sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-173/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-173/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver