Məhkəmə qərarları › İş №3(020)-174/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-174/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-174/2024 11.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi , Quliyev Zaur Qulu oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 dekabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X6 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 dekabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə İmişli Rayon Məhkəməsinə şikayət vermişdir. İmişli Rayon Məhkəməsinin 3(036)-65/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 dekabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət vermiş şəxs X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonunun Gödəklər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Beyləqan rayonunun Gödəklər kəndinin bələdiyyə sədri vəzifəsində işləyir. 20 noyabr 2023-cü il tarixdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı və Beyləqan rayon PŞ-nin kənd sahə rəisi B.Qədirov bələdiyyə sədri olduğu Beyləqan rayon Gödəklər kəndi ərazisində yerləşən bələdiyyəyə mülkiyyətində olan torpaqlara atılmış məişət tullantıları ilə əlaqədar olaraq onu sözügedən əraziyə dəvət etmişlər. O, həmin şəxslərin çağırışı əsasında bələdiyyəyə məxsus olan torpaq sahəsinə getmiş və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən ona bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə atılan məişət tullantıları barədə bir neçə sual ünvanlamış, o, həmin əməkdaşın sualına cavab olaraq bildirmişdir ki, ətrafda görünən məişət tullantıları bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində olsa da, lakin həmin məişət tullantıları bələdiyyə tərəfindən deyil, ətrafda yaşayan kənd sakinlərinin atdığı zibil və məişət tullantıları nəticəsində formalaşmışdır. Həmçinin həmin əməkdaşa bildirmişdir ki, məişət tullantılarının təmizlənməsi və daşınması onun səlahiyyətində deyildir. Buna baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı onun barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Səbəb isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi dərhal elə həmin gündə onu Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilərək barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Bundan sonra onun iştirakı olmadan barəsində MN ******* saylı, 18 dekabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilərək onu 2000 (iki min) manat cərimə etmişlər. xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə ünvanına gələn məktub və qərardan ona məlum olmuşdur ki, idarənin rəisi əvəzi Anar Süleymanov qanunsuz olaraq onu xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbəh vermə haqqında qərarına əsasən vəzifəli şəxs kimi 2000 (iki min) manat məbləğində inzibati cərimə etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 dekabr 2023-cü il tarixli qərar əsassızdır. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarını onun əməlində inzibati xəta tərkib olmadığından ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, nümyəndəsi olduğu idarənin xx.xx.2023-cü il tarixli 242 №-li sərancamı əsasında məişət tullantılarının düzgün idarə olunması vəziyyəti və sanitariya və gigiyena qaydalarına riayət olunması vəziyyətini araşdırmaq məqsədilə Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X2 iştirakı ilə keçirilən reyd zamanı Beyləqan rayonu Gödəklər kəndi ərazisində məişət tullantılarının bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində qalaqlanması faktı müəyyən edilmişdir. Bununla əlaqədar Gödəklər kənd bələdiyyəsinin sədri X6 həmin əraziyə dəvət olunmuş, birgə həmin əraziyə baxış keçirilmişdir. Tullantıların həqiqətən bələdiyyəyə məxsus torpaq sahəsində olduğu onun özü tərəfindən təsdiq olunmuşdur. Həmin tullantıların əraziyə kimin tərəfindən atılaraq qalaqlandığı barədə bələdiyyə sədrinə sual vermiş, E.Nəcəfov tullantıların yaxınlıqda yaşayan kənd sakinləri tərəfindən qalaqlandığını bildirmişdir. Lakin bir dəfədə olsun ki, tullantıların həmin ərazilərə atılmasının qarşısnı almaq üçün bildiriş və yaxud əraziyə zibillərin atılmasının qarşısını almaq üçün bildiriş vəya göstəriş vermədiyini bildirmişdir. Həmin vaxt E.Nəcəfovdan yazılı izahat verməyi tələb etsə də E.Nəcəfov yazılı izahat verməkdən imtina etmişdir. X1 barəsində 21 noyabr 2023-cü il tarixdə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş, E.Nəcəfov protokola da imza etməkdən imtina etmişdir. Bununla bağlı toplanmış sənədlər idarənin rəisi əvəzi X3 təqdim olunmuş, 18 dekabr 2023-cü tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərara əsasən X6 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İşə baxılması barədə Eldən Nəcəfova rəsmi olaraq 23 noyabr 2023-cü il tarixdə bildiriş göndərilmiş, həmin bildiriş Eldəniz Nəcəfov tərəfindən xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə imza olunaraq qəbul edilmişdir. Həmin qərar tam əsaslıdır, E.Nəcəfovun törətdiyi xəta onun tərəfindən aşkar olunaraq məqsədilə Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X2 iştirakı ilə hadisə yerində fotoşəkillər çəkilmiş və akt tərtib edilmişdir. X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə verdiyi şikayəti əsassız olduğundan rədd edilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaş tərəfindən tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli, № 81667 nömrəli aktdan görünür ki, Beyləqan rayon Gödəklər kənd bələdiyyəsinin sədri X6 bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması müəyyən olunmuşdur. İşə əlavə edilmiş 21 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Beyləqan rayonu Gödəklər bələdiyyəsinin müəlkiyyətində olan torpaq sahəsində sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar edilmiş, nəticədə Gödəklər bələdiyyəsinin sədri X1 barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X9 səbəb göstərmədən protokola imza etməkdən imtina etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 dekabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat cərimə edilmişdir. İş materiallarından görünür ki, inzibati xəta haqqında işə 05 dekabr 2023-cü il tarixdə, saat 15:00-da baxılması barədə Eldəniz Nəcəfovun ünvanına bildiriş göndərilmiş, həmin bildiriş 04 dekabr 2023-cü il tarixdə X6 tərəfindən poçt xəbərnaməsinə imza etməklə qəbul edilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X6 barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərar rəsmi qaydada X1 yaşadığı ünvana göndərilmiş və Eldəniz Nəcəfov həmin qərar göndərilmiş məktubu 22 yanvar 2024-cü il tarixdə şəxsən almışdır. Həmçinin protokol tərtib edilən zaman X4 izahatı alınması üçün müraciət olunmuş, X9 yazılı izahat verməmiş,araşdırma ilə bağlı tərtib edilən akta imza etməmiş və barəsində tərtib olunan inzibati xəta haqqında protokola imza etməkdən imtina etmişdir. Eldəniz Nəcəfovun xətanı törətməsi hadisə yerində çəkilən fotoşəkillər və eləcədə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı tərəfindən tərtib edilən aktla tam olaraq öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə görə Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 129.1.3-ci maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayonu Gödəklər kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə Gödəklər bələdiyyəsinin sədri Eldəniz Nəcəfovun barəsində tərtib olunmuş 21 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarı tam əsaslıdır. Ona görə də X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarından əsassız olaraq şikayət verməsi müəyyən edilmiş, inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Eldəniz Nəcəfovun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə adından QƏRARA ALDİM : X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X5 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 dekabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar