Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-174/2025 18.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: xx xxxxxx 1994-cü il tarixdə Beyləqan rayonun Eyvazalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonun Eyvazalılar kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 17 mart 2025-ci il tarixdə Beyləqan Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 17 mart 2025-ci il tarixli MN № ******* saylı Protokol daxil olmuşdur. Həmin Protokolda qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulub X1 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulub X1 xeyrinə ödənilməlidir. Borclu tərəfindən icra sənədi tam icra edilməmişdir. Ona görə də, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulub X1 xeyrinə ödənilməlidir. İlk növbədə onu qeyd edir ki, onun icra sənədindən məlumatı olmamış və 15 gün bundan əvvəl işdən çıxmışdır. Bu gün isə 400 manat ödəniş etmişdir. O, alimenti ödəməkdən qərəzli olaraq yayınmır. Ona görə də, təqsiri olmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs X1 xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X4 saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaq uşaq yetkinlik yaşına çatanadək hər ay qazancının və ya digər gəlirlərinin ¼ hissəsində məbləğində aliment tutulmalıdır. İcraata başlamaq haqqında 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 04 dekabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Şəxs "xxxx" MMC-də qəlibləyici işləyir və əmək haqqısı 420 manat təşkil edir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, icra sənədi üzrə 131,04 manat və 399,99 manat ödəniş edilmişdir. Beləliklə də, işin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs X1 xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X4 saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaq uşaq yetkinlik yaşına çatanadək hər ay qazancının və ya digər gəlirlərinin ¼ hissəsində məbləğində aliment tutulmalıdır. Lakin icra məmuru tərəfindən X3 qazancı və ya gəlirlərinin olub-olmamasının müəyyən edilməsi barədə hər hansı bir tədbir görülməmiş və eyni zamanda icra işində olan materiallarla aliment borcunun hesablanması və borcun məbləği barədə borcluya rəsmi məlumat verilməsi müəyyən edilmir. Belə olan halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Bakı şəhər Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 17 mart 2025-ci tarixli MN № ******* saylı Protokol və ona əlavə edilmiş sənədlərlə borclunun həmin icra sənədi üzrə yaranmış aliment borcunun üzürsüz səbəbdən ödənilmədiyi təsdiq olunmur. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinə əsasən, alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 106.3-cü maddəs Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 106.4-cü maddəsinə əsasən, bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. 106.5-ci maddəsinə əsasən, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Bu mənada icra məmurunun vəzifəsidir ki, borclunun məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməməsini, məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olduğunu, tələbin yönəldilməsi mümkün olan əmlakını və pul vəsaitini gizlətməsini, habelə borcu tam ödəmək imkanı olduğu halda kiçik məbləğdə ödəniş etməsini sübuta yetirsin. Qeyd olunan hallarla bağlı sübutlar olmadan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin icra sənədini məhz üzürsüz səbəbdən icra etmədiyini iddia etmək qanuni və əsaslı deyil. Bunun əksinə olaraq borclu Şəxs icra sənədi üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 400 manat məbləğində ödəniş etmişdir. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 17 mart 2025-ci tarixli MN № ******* №-li inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 17 mart 2025-ci tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-174/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-174/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver