Məhkəmə qərarları › İş №3(020)-175/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-175/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-175/2024 29.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, Beyləqan rayonu Kəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:20 radələrində sürücülük hüququ olmadan Beyləqan şəhəri “Magistral” küçəsində idarə etdiyi “Mersedes Benz E 230” markalı **-SJ- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman sol hərəkət zolağı ilə hərəkət edib sağa dönən zaman sağ hərəkət zolağı ilə hərəkətdə olan “Khazar” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən “Khazar” markalı avtomobil istiqamətini dəyişərək dayanmış vəziyyətdə olan “Vaz 21074” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili əzmişdir. Yol-nəqliyyat hadisəsi zamanı X2 və Zərərçəkmiş şəxs məxsus avtomobillərə zərər dəymişdir. Bununlada Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməllərini törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 23:20 radələrində Beyləqan şəhəri “Magistral” küçəsində idarə etdiyi “Mersedes Benz E 230” markalı **-SJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman sol hərəkət zolağı ilə hərəkət edib sağa dönən zaman sağ hərəkət zolağı ilə hərəkətdə olan “Khazar” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən “Khazar” markalı avtomobil istiqamətini dəyişərək dayanmış vəziyyətdə olan “Vaz 21074” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili əzmişdir. Yol-bəqliyyat hadisəsi zamanı avtomobili idarə edərkən sərxoş vəzyətdə olmamış, həmçinin yol-nəqliyyat hadisəsi zamanı heç bir xəsarət alan olmamışdır. Hadisədən sonran zərəçəkmiş şəxslərə məxsus avtomobillər dəymiş zərər sığorta tərəfindən ödəniləcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 23:20 radələrində idarə etdiyi “Khazar” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri, magistral küçəsində sağ hərəkət zolağı ilə hərəkətdə olan “Mersedes Benz E 230” markalı **-SJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sağa dönərək idarə etdiyi “Khazar” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi “Khazar” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətini dəyişərək yolun kənarında dayanmış vəziyyətdə olan “Vaz 21074” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Həmçinin yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmamışdır. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 23:20 radələrində Beyləqan şəhəri, magistral küçəsində hərəkətdə olan “Mersedes Benz E 230” markalı **-SJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil dönmə qaydasını pozduğundan “Khazar” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Khazar” markalı avtomobil isə zərbənin təsirindən istiqamətini dəyişərək dayanmış vəziyyətdə olan ona məxsus “Vaz 21074” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili əzmişdir. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmamışdır. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşə əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:20 radələrində Beyləqan şəhəri “Magistral” küçəsində idarə etdiyi “Mersedes Benz E 230” markalı, **-SJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman sol hərəkət zolağı ilə hərəkət edib sağa dönən zaman sağ hərəkət zolağı ilə hərəkətdə olan “Khazar” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən “Khazar” markalı avtomobil istiqamətini dəyişərək dayanmış vəziyyətdə olan “Vaz 21074” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili əzmişdir. Yol-nəqliyyat hadisəsi zamanı X2 və Zərərçəkmiş şəxs məxsus avtomobillərə zərər dəymişdir. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 17 fevral 2024-cü il tarixli 145 saylı protokoldan görünür ki, Şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olmamışdır. İşə əlavə edilmiş “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə barədə” 17 fevral 2024-cü il tarixli 146 saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olmamışdır.. İşdə olan “Sərxan” Avtomotoservis və Ticarət firmasından yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün tərtib olunmuş 21 fevral 2024-cü il tarixli, SA-026 saylı ziyan aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs idarə etdiyi, “Khazar” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əzilmiş, qırılmış deformasiyaya uğrayaraq yarasız vəziyyətə düşməsi nəticəsində 2745 (iki min yeddi yüz qırx beş) manat dəyərində ziyan dəyməsi müəyyən olunmuşdur. İşdə olan “Sərxan” Avtomotoservis və Ticarət firmasından yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün tərtib olunmuş 22 fevral 2024-cü il tarixli, SA-028 saylı ziyan aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 idarə etdiyi, “Vaz 21074” markalı, **-HM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əzilmiş, qırılmış deformasiyaya uğrayaraq yarasız vəziyyətə düşməsi nəticəsində 1606 (bir min altı yüz altı) manat dəyərində ziyan dəyməsi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta əməli törətmiş şəxs Şəxs, zəzərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə müəyyən edildi ki, yol-nəqliyyat hadisəsi zamanı hər iki avtomobilə dəymiş zərərlər Şəxs avtomobilinin sığorta şirkəti tərəfindən aradan qaldırılacaqdır. zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs məhkəmə iclasında zərərlə bağlı heç bir tələbləri olmamışdır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməllərini törətməkdə təqsirli bilinməli maddənin sanksiyasına uyğun olaraq cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar