Məhkəmə qərarları › İş №3(020)-175/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №3(020)-175/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 3(020)-175/2025 03.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, X1 inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 şikayətlə məhkəmə müraciət edərək, protokoldan narazı olduğunu və düzgün qərar verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 protokoldan şikayət vermiş olsa da, o, innzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə əsasən inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan şikayət verilə bilər və şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, X2 xx.xx.2025-ci il tarixli EQ 25922072 nömrəli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Eyni zamanda, iş materiallarına şikayət vermiş X2 tərəfindən inzibati tənbeh vermə haqqında qərarın nə vaxt alınmasını təsdiq edən sənəd əlavə edilmədiyindən, sözügedən qərarın ona nə vaxt çatdırılmasını müəyyən etmək mümkün olmur. Buna baxmayaraq, şikayət vermiş şəxs X2 inzibati tənbeh vermə haqqında qərarı nə vaxt almasını təsdiq edən sənəd əlavə etməmiş, həmçinin, müddətin bərpası barədə ərizə təqdim etmədən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X2 tərəfindən şikayət düzgün tərtib edilmədiyindən geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar