Məhkəmə qərarları › İş №3(020)-176/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-176/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-176/2023 07.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Beyləqan rayonunda anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı,Azərbaycanlı, Beyləqan şəhəri, H.Əliyev prospekti ev 103, mənzil 8-də qeydiyyatda olan və Bakı şəhəri Yasamal rayonu, Şərifzadə ev 1, mənzil 6-da yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2506/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs qanunsuz sahibliyində olan Zərərçəkmiş şəxs məxsus “Hundai Sonata” markalı, **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2506/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən onun qanunsuz sahibliyində olan Zərərçəkmiş şəxs məxsus “Hundai Sonata” markalı, **- XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra məmuru tərəfindən rayon İcra və Probasiya Şöbəsinə çağırılmış və icra sənədi üzrə olan tələbi yerinə yetirilməsi tələb edilmişdir. Bildirdi ki, məhkəmənin qərarı ilə razı deyil, belə ki, sözügedən avtomobil ona məxsus avtosalonda olmuş, lakin avtomobil satılmadığından Zərərçəkmiş şəxs avtomobili avtosalondan götürüb satmışdır. İcra məmuru tərəfindən onun ünvanına göndərilən xəbərdarlıqlar və çağırışlar onun hazırda yaşadığı Bakı şəhərinə deyil, Beyləqan rayonunda qeydiyyatda olduğu ünvana göndərildiyindən icra məmurunun çağırışlarına gəlməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində axtarış qərarı olduğunu bildirmiş, polis əməkdaşları ilə Beyləqan rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2506/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs qanunsuz sahibliyində olan Zərərçəkmiş şəxs məxsus “Hundai Sonata” markalı, **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Qanuni icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə tələbi təmin etməkdən imtina etmiş, nəticədə icra sənədi bu günədək icrasız qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Şəxs İcra və Probasiya Şöbəsinə gəlmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində axtarış qərarı verilmiş, Şəxs polis tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində borclu Şəxs izahatı alınmış, ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə tələbi təmin etməli olduğu bildirilmişdir. Lakin Şəxs məhkəmə qərarı ilə razı olmadığını və icra sənədini icra etməyəcəyini bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2506/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs qanunsuz sahibliyində olan Zərərçəkmiş şəxs məxsus “Hundai Sonata” markalı, **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İşdə olan 23 may 2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs icra məmurunun qanuni çağırışlarına gəlmədiyinə görə barəsində axtarış qərarı qəbul edilmiş və icra üçün Beyləqan rayon PŞ-nə göndərilmişdir. Şəxs polis əməkdaşları tərəfindən tutularaq Beyləqan rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da icra sənədi üzrə tələbi təmin etməməsini, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar