Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-176/2024 04.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, Beyləqan şəhəri, Məmmədxanov küçəsi ev 73-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:10 radələrində Y.Q.K-Daşburun yolunun 14-cü kilometrliyində idarə etdiyi “Mercedes Benz 190” markalı, **-XC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyindən polis əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmişdir. Bununlada Şəxs Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməllərini törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, ünvan 1 ünvanda yaşayır. İdarə etdiyi “Mercedes Benz 190” markalı, **-XC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Y.Q.K-Daşburun yolunun 14cü kilometrliyində hərəkət edən zaman, təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə polis əməkdaşları ona saxla işarəsi vermişdir. O, idarə etdiyi avtomobili yolun hərəkət istiqamətinin sağ tərəfində, yolun kənarında saxlamış, YPX-nin əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və ona sənədləri təqdim etməsini bildirmişdir. O, YPXnin əməkdaşına sənədləri təqdim etmiş və YPX-nin əməkdaş ona onunla birlikdə Beyləqan rayon PŞ-nə getməli olduğunu bildirmişdir. O, YPX-nin əməkdaşı ilə rayon PŞnə gəlmiş və polis şöbəsinə həkim çağırılaraq onun spirtli içkilərin və narkotik vasitələrin təsiri altında avtomobil idarə etməsini yoxlamaq üçün sidiyindən test üsulu ilə yoxlama aparılan zaman testin çubuğunda pozitiv nəticə çıxmışdır. Həmin gündən bir neçə gün əvvəl quruldulmuş marixuana çəkmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilən Beyləqan rayon PŞ-nin YPX-nin inspektoru X1 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, xidməti əraziləri olan Y.Q.K-Daşburun yolunun 14-cü kilometrliyində xidmətdə olan zaman Mercedes Benz 190” markalı, **-XC- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyindən saxla işarəsi vermiş, sürücü avtomobili yolun kənarında saxlamış və həmin avtomobilə yaxınlaşaraq sürücüyə özünü təqdim etmiş və sürücüdən sənədləri təqdim etməyi tələb etmişdir. Sürücü sənədləri təqdim edən zaman şübhəli hərəkət etdiyindən sürücünü PŞ-nə dəvət etmiş, polis şöbəsində sürücünün rayon sakini Şəxs olduğu məlum olmuşdur. Şəxs spirtli içkilərin və narkotik vasitələrin təsiri altında avtomobil idarə etməsini yoxlamaq üçün sidiyindən test üsulu ilə yoxlama aparılan zaman testin çubuğunda pozitiv nəticə çıxmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:10 radələrində Y.Q.K-Daşburun yolunun 14-cü kilometrliyində idarə etdiyi “Mercedes Benz 190” markalı, **-XC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyindən polis əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmişdir. İşə əlavə olunmuş İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi muayinəsi barədə xx.xx.2024-cü il tarixli, 489 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə avtomobili narkotik vasitə olan marixuana qəbul edərək avtomobil idarə etmişdir. Toplanmış araşdırma materialları və tibbi muayinə protokolu, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidin izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:10 radələrində Y.Q.K-Daşburun yolunun 14-cü kilometrliyində idarə etdiyi “Mercedes Benz 190” markalı, **-XC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi sübuta yetmişdir. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 333- 1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinin sanksiyasına uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırlması növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115 , 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından. Qərara aldım: Şəxs Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-176/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-176/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver