Məhkəmə qərarları › İş №3(020)-177/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-177/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-177/2023 08.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Beyləqan rayon Vəkil Bürosunun vəkili X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2005-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində qeydiyyatda olan və hazırda Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 98-də yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, gecə saat 02 radələrində aralarında yaranmış münaqişə zamanı atası Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində qeydiyyatda olmaqla hazırda Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 98-də yaşayır. Zərərçəkmiş şəxs onun atasıdır. Aralarında heç düşmənçilik və ədavətləri yoxdur. O, atası Zərərçəkmiş şəxsla yola gedə bilmədiyindən və münasibətləri yaxşı olmadığından birlikdə yaşamaqdan imtina edərək nənəsi ilə birlikdə yaşayır. Atası Zərərçəkmiş şəxs Beyləqan rayonunda onun qarşısına çıxaraq onunla birlikdə qalmağı istəmiş, lakin o, hər dəfəsində imtina etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində atası Zərərçəkmiş şəxs yaşadığı Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 98-ə əşyalarını götürmək üçün getmiş, atası Ruhiyə işə düzəldiyini, buna görə də əşyalarını götürməyə gəldiyini bildirmişdir. Atası Ruhi ona əşyalarını yığmağa mane olmuş və atası Ruhi ilə aralarında mübahisə yaranmışdır. Atası Ruhi onun qolundan tutaraq itələyib yerə yıxmış, o, isə yerdən duraraq atası Ruhinin üstünə gedərək əli ilə Ruhinin yaxasından tutaraq geriyə itələmiş və ondan əl çəkməsini bildirmişdir. Bundan sonra o, əşyalarını yığaraq evdən çıxıb getmişdir. Evdən çıxarkən yalnzı özünə məxsus olan əşyaları götürmüş, Zərərçəkmiş şəxs məxsus heç bir əşyanı özü ilə götürməmişdir. Hazırda hərəkətlərindən peşimandır. Həmçinin bildirdi ki, hal-hazırda atası Zərərçəkmiş şəxs üzr istəmiş və onunla barışmışdır. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs onun oğludur. Onunla aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. O, Turalla birlikdə Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 98-də yerləşən evində yaşayır. Oğlu Tural yaşadıqları evə gec gəldiyindən oğluna öz iradını bildirən zaman aralarında mütəmadi olaraq mübahisələri yaranır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, gecə saat 02 radələrində yaşadıqları ünvanda olan zaman oğlu Tural yenidən evə gec gəldiyi üçün irad bildirdikdə Tural onunla mübahisə etməyə başlamışdır. Bu zaman Tural onun üzərinə gələrək sinə nahiyəsinə yumruqla, boğaz nahiyəsinə isə əli ilə vuraraq onu döyməyə başlamış və təhqir etmişdir. Bundan sonra Tural evdən çıxıb getmişdir. Oğlu Turalla aralarında baş verən mübahisəyə əsəbləşdiyi üçün DİN-nin 102 xidmətinə zəng edərək oğlu Turalın yaşadıqları evdə olan əşyaları satmasını, onu döyməsini və onu təhqir etməsi barədə məlumat vermişdir. Lakin həqiqətdə Tural yaşadıqları evdən hər hansı bir əşyaları oğurlamamış, həmçinin özbaşına aparıb satmamışdır. Bildirdi ki, hadisədən sonra Tiural Mahmudov ondan üzr istəmiş, O, isə Şəxs bağışlamışdır. Şəxs şikayət və tələbi olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, gecə saat 02 radələrində aralarında yaranmış münaqişə zamanı atası Zərərçəkmiş şəxs döymüşdür. İşdə olan 13 yanvar 2023-cü il tarixli 19/23 saylı rəydən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Beyləqan rayonlar arası şöbəsinin rəisi X1 vətəndaş Zərərçəkmiş şəxs adına vermiş olduğu 13 yanvar 2023-cü il tarixli müayinə aktından məlum olur ki, məhkəmə tibbi müayinəsi zamanı 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs boyun nahiyəsində qançır olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 20 yanvar 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis baş leytenantı X4 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda Şəxs əməllərində cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iş materiallarını və inzibati xəta əməli törətmiş şəxslə zərər çəkmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının 157-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.1, 112, 114, 115 , 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs zərər çəkmiş şəxslə barışdığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdiyi hüquqi yardıma görə cəmi 1 (bir) saat üçün 6 (altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili X3 ödənilsin. Qərarın surəti icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar