Məhkəmə qərarları › İş №3(020)-178/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-178/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-178/2023 08.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs-Şəxs, İnzibati xəta əməlindən Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1981-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində qeydiyyatda olanda, hazırda Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 98-də yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs Etibar oğlu ilə mübahisə edərək onu döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəlcədən tanıyır, onunla aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs onun oğlu Tural ilə dostluq münasibəti olduğundan oğlu Tural evin açarını İlkinə vermiş, həmin vaxtdan İlkin onun oğlunu yoldan çıxararaq evdən oğurluq etdirdiyini bilmişdir. Oğlu Tural ona məxsus evdən boşqab və digər əşyaları oğurlamışdır. Turalın evdən oğurluq etməsindən isə İlkinin məlumatı olmuşdur. İlkin Turalın evdən oğurluq etdiyini bilə-bilə ona məlumat vermədiyinə görə İlkin ona məxsus evin qarşısından keçən zaman İlkini çağıraraq evinin qarşısında olan çayxanaya girməsini bildirmiş və İlkindən nə səbəbə Turalın evdən oğurluq etməsini bilə-bilə ona məlumat vermədiyini soruşmuşdur. Bu zaman İlkinlə aralarında mübahisə yaranmış, mübahisə zamanı İlkinlə yaxalaşaraq süpürləşmiş, lakin İlkinə xəsarət yetirəcək bir zərər vurmamışdır. Bundan sonra onlar arasında baş verən mübahisə başa çatmış və İlkin oradan getmişdir. Həmçinin bildirdi ki, hal-hazırda Zərərçəkmiş şəxs üzr istəmiş və onunla barışmışdır. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində dostu Zaurla birlikdə Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ilə “Lükoil” yanacaq doldurma məntəqəsi istiqamətinə gedən zaman Şəxs evinin həyətində yolun kənarında tikdirdiyi çayxananın qarşısından keçərkən Şəxs onu yanına çağırmış, Zaurla Ruhinin yanına getmiş, çayxanaya daxil olmuşlar. Həmin vaxt Ruhi çayxananın qapısını bağlamış, bundan sonra Şəxs ona oğlu Turalın evdən oğurluq etməsindən məlumatı olduğunu və hadisəni ondan gizlətməsini, Turalın oğurluq etdiyini deməməsində onu günahlandırmışdır. O, Şəxs Turalın evdən hər hansı bir əşyanı oğurlamasından xəbərdar olmadığını bildirmişdir. Bu zaman Şəxs əsəbləşərək onu təhqir etmiş və qəflətən yumruqla onun sifət nahiyəsinə bir neçə zərbə endirmişdir. Daha sonra cibindən bıçaq çıxararaq onun sifət nahiyəsinə vurmaq istəyən zaman kənara çəkilmiş, bıçaq onun alt dodağına dəyərək xəsarət yetirmişdir. Həmin vaxt dostu Zaur onları aralamış, onlar oradan aralaşıb getmişlər. Bildirdi ki, hadisədən sonra Şəxs ondan üzr istəmiş, o, isə Şəxs bağışlamışdır. Şəxs şikayət və tələbi olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs Etibar oğlu ilə mübahisə edərək onu döymüşdür. İşdə olan 17 yanvar 2023-cü il tarixli 22/23 saylı rəydən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Beyləqan rayonlar arası şöbəsinin rəisi X1 vətəndaş Zərərçəkmiş şəxs adına vermiş olduğu 17 yanvar 2023-cü il tarixli müayinə aktından məlum olur ki, məhkəmə tibbi müayinəsi zamanı 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs alt dodaq nahiyəsində qançır fonunda yara olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 25 yanvar 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis kapitanı X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda Şəxs əməllərində cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iş materiallarını və inzibati xəta əməli törtmiş şəxslə zərər çəkmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının 157-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.1, 112, 114, 115 , 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar