Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-179/2023 08.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Tələbkar "xxxx" ASC-nin etibarnaməli nümayəndəsi X1 iştirakı ilə xx.xx.1984-cü ildə Beyləqan rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan şəhəri, N.Nərimanov küçəsi ev 89-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-113/2015 saylı, 15 yanvar 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 3722.90 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqı olmaqla cəmi 3753.90 manat pul alınaraq "xxxx" ASC-nin hesabına ödənilməlidir. İş üzrə icra sənədi Beyləqan rayon İcra Şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu Şəxs ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-113/2015 saylı, 15 yanvar 2015-ci il tarixli icra sənədinə əsasən ondan 3722.90 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqı olmaqla cəmi 3753.90 manat pul alınaraq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Maddi imkanı zəif olduğundan bugünədək icra sənədi üzrə borcundan ödəniş edə bilməmişdir. İcra sənədinin könüllü icrası barədə icra məmuru tərəfindən ona vaxt verilmiş, lakin ona verilmiş vaxt ərzində borcunu ödəməmişdir. İcra məmuru tərəfindən onun ünvanına çağırış məktubu gəlməmiş, ona görə də icra məmurunun bildirişlərindən xəbərdar olmamışdır. Polis əməkdaşları tərəfindən ona axtarışda olması bildirilmiş və bundan sonra İcra və Probasiya şöbəsinə gəlmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunun ödənilməsi tələb olunmuşdur. İcra sənədi üzrə olan borcundan 1000 manat ödəniş etmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyinə söz vermişdir. Gündəlik fərdi işlərlə məşğul olur, qazancını özünün və ailəsinin dolanışığına sərf edir. Göstərilənləri nəzərə alıb, icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tələbkar "xxxx" ASC-nin etibarnaməli nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-113/2015 saylı, 15 yanvar 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 3722.90 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqı olmaqla cəmi 1753.90 manat pul alınaraq nümayəndəsi olduğu "xxxx" ASC-nin hesabına ödənilməlidir. Borclu məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən bu günədək icra sənədində göstərilən məbləğdən heç bir ödəniş etməmişdir. Hazırda icra sənədi üzrə olan boprcundan 1000 manatını ödəmiş, qalan borcunu isə qısa müddət ərzində hissə-hissə olmaqla tam olaraq ödəyəcəyi barədə söz vermişdir. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-113/2015 saylı, 15 yanvar 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 3722.90 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqı olmaqla cəmi 3753.90 manat pul alınaraq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Borclu Şəxs icra sənədi üzrə olan borcundan indiyədək heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə borcu ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədinə əsasən borcunu tələbkara ödəməmişdir. Şəxs icra şöbəsinə dəvət olunmuş və ona hüquq və vəzifələri izah olunaraq borcunu tam şəkildə ödəməsi tələb edilmişdir. İcra şöbəsində verdiyi izahatında borcunu tam olaraq ödəməyəciyin bildirdiyindən barəsində inzibati protokol tərtib edərək məhkəməyə vermişdir. Hazırda tələbkara olan borcundan 1000 manat ödəmiş, qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyinə dair söz vermişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-113/2015 saylı, 15 yanvar 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 3722.90 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqı olmaqla cəmi 3753.90 manat pul alınaraq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar "xxxx" ASC-nin etibarnaməli nümayəndəsi X1 və Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Seymur İbrahimovun izahatlarını dinləyib, hesab edir ki, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən boyun qaçırmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmədiyindən onun əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmamış, icra sənədi üzrə borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda icra sənədi üzrə olan borcundan 1000 manat ödəmiş, qalan borcunu isə hər ay hissə-hissə olmaqla tez bir zamanda ödəyəcəyi barədə söz vermişdir. İşə əlavə edilmiş tələbkar "xxxx" ASC-nin etibarnaməli nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli yazılı qəbzdən görünür ki, borclu Şəxs 1000 manat pulu nağd olaraq qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində həmin inzibati xətanın tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Hesab edirəmki yuxarıda göstərilən hallara əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-179/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-179/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver