Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-18/2025 08.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1956-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Beyləqan rayon polis şöbəsinin X11 Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:31 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21063” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsi ilə A.Əkbərov küçəsinin kəsişməsində ikinci dərəcəli yolda hərəkətdə olarkən baş yolda hərəkətdə olan avtomobilə yol vermədiyindən X2 etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon PŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis kapitanı X4 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:31 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21063” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsi ilə A.Əkbərov küçəsinin kəsişməsində ikinci dərəcəli yolda hərəkətdə olarkən baş yolda hərəkətdə olan avtomobilə yol vermədiyindən Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-MP- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi ziyan dəymişdir. Hadisədən xəbərdar olduqdan sonra yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə gedərək yol-nəqliyyat hadisəsinin baş vermə halları araşdırılmış, araşdırma nəticəsində avtomobilin Şəxs tərəfindən idarə edildiyi və onun nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı məlum olmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə vermişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 14:31 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 21063” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsi ilə A.Əkbərov küçəsinin kəsişməsində ikinci dərəcəli yolda hərəkətdə olarkən baş yolda hərəkətdə olan avtomobilə yol vermədiyindən Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma zamanı xəsarət almamışdır. Yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs məxsus avtomobilə dəymiş zərər onun idarə etdiyi avtomobilin sığorta şirkəti tərəfindən qarşılanacaqdır. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ona məxsus “Hyundai Sonata” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə baş verən zaman həyat yoldaşı X6 idarə etmişdir. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə 2785 manat maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. Göstərilənlərə əsasən qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: BDYPİ-nin Ağcabədi RQİ və TBŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21063” minik markalı, **-BX-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. BB seriyalı 656937 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” minik markalı, **-MP-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxsdır. xx.xx.2024-cü il tarixli etibarnamənin surətin görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində olan **-MP-*** dövlət dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobilin idarə edilməsi X3 etibar edilmişdir. Etibarnamə xx.xx.2033-cü il tarixə qədər etibarlıdır. "Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, Şəxs idarə etdiyi “Vaz 21063” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri magistral küçəsi ilə A.Əkbərov küçəsinin kəsişməsində ikinci dərəcəli yolda hərəkətdə olarkən baş yolda hərəkətdə olan avtomobilə yol vermədiyindən X2 etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Şəxs ikinci dərəcəli əlildir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1 -ci maddəsinə əsasən "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi onun ikinci qrup əlil olmasını müəyyən etmiş, lakin məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Beləliklə məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №3(020)-18/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-18/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver