Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-181/2023 09.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, X1 iştirakı ilə xx.xx.1978-ci ildə Beyləqan rayonu, İ Şahsevən kəndində anadan olmuş, evli, üç uşaq atası, orta təhsilli, məhkum olunmamış, rəsmi olaraq heç bir yerdə işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu, İ Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-43/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 manat və 30 manat dövlət rüsumu alınaraq X4 verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 3(020)-121/2022 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-43/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan 2000 manat və 30 manat dövlət rüsumu alınaraq X4 verilməsi qət edilmişdir. İcra məmuru tərəfindən rayon İcra və Probasiya Şöbəsinə çağırılmış və icra sənədi üzrə olan borclarını ödəməsi tələb edilmişdir. Bildirdi ki, icra sənədi üzrə borcundan 200 manat ödəmiş, sonaradan maddi imkanı zəif olduğundan icra sənədi üzrə borcunu ödəyə bilməmiş, nəticədə icra sənədi üzrə borcu bu günədək ödənilməmiş qalmışdır. Hazırda maddi imkanı olmadığına görə borcunu ödəyə bilmir. Gündəlik fərdi işlərlə məşğul olur və qazancı özünün və ailəsinin dolanışığına ancaq kifayət edir. Ona vaxt verilərsə icra sənədi üzrə borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Ona görə də, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)- 43/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 manat və 30 manat dövlət rüsumu alınaraq ona verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə ona olan borcundan 200 manat ödəmişdir. Bundan sonra isə icra sənədi üzrə ona olan borcundan heç bir ödəniş etməmişdir. Hər dəfə borcunu istədikdə müxtəlif bəhanələr edərək ona olan borcunu qaytarmamışdır. Ona görə də Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-43/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 manat və 30 manat dövlət rüsumu alınaraq X4 verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcundan 200 manat ödəmiş, qalan borcu ödəməmişdir. xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə borcu ödəmədiyindən Şəxs barəsində protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə borcu bu günədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə borcunu bu günədək ödəməmişdir. Şəxs İcra və Probasiya Şöbəsinə gəlmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində axtarış qərarı verilmiş, Şəxs polis tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə gətirilmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-43/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 manat və 30 manat dövlət rüsumu alınaraq X4 verilməsi qət edilmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 3(020)-121/2022 saylı qərarından görünür ki, Şəxs məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs icra məmurunun qanuni çağırışlarına gəlmədiyinə görə barəsində axtarış qərarı qəbul edilmiş və icra üçün Beyləqan rayon PŞ-nə göndərilmişdir. Şəxs polis tərəfindən tutularaq Beyləqan rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan borcunu üzrsüz səbəbdən icra etməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 09 fevral 2023-cü il tarixdən, saat 11:30-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-181/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-181/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver