Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-183/2023 20.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə xx.xx.1987-ci ildə Beyləqan rayonu, Mil qəsəbəsində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayon, Mil qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs Azərbaycan Respublikası DİN Beyləqan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətalar haqqında İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokoluna əsasən Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cəmi 40 manat məbləğində cərimə edilmişdir. Lakin Şəxs inzibati cəza növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və ödəyəcəyi məbləğə 24 manat dəbbə pulu əlavə edilmişdir. Nəticədə onun ödəyəcəyi məbləğ hazırda dəbbə pulu ilə birlikdə 64 manat təşkil edir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta törətmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materiallarından görünür ki, İnzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati xətalar haqqında İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cəmi 40 manat məbləğində cərimə edilmişdir. Lakin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmiş və ödəyəcəyi məbləğə 24 manat dəbbə pulu əlavə edilmişdir. Nəticədə onun ödəyəcəyi məbləğ dəbbə pulu ilə birlikdə 64 manata çatmışdır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, İnzibati xəta törətmiş şəxsin inzibati cəriməsi bu günə kimi ödənilməmiş qalmışdır. İş materiallarını nəzərdən keçirib, Şəxs inzibati cəriməni ödəməməsini əsas tutaraq onun nəqliyyat vasitələrini idarə etmə hüququ Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: xx.xx.1987-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-183/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-183/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver