Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-187/2025 02.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs X6 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan,deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdim: Məhkəmənin icraatına Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Beyləqan rayonu, Dünyamalılar kənd orta məktəbində məktəb direktorunun otağında X4 təhqir etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X17 məhkəmə iclasında izahat verərək bildir ki, tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edir. Belə ki, Beyləqan rayon, Dünyamalılar kənd sakini X20 DİN-nin 102 xidmətinə zəng edərək həmkəndlisi Şəxs həyat yoldaşı X4 təhqir etməsi nəticəsində həyat yoldaşının halı pisləşərək xəstəxanaya yerləşdirildiyini bildirmiş və bu səbəbdən Şəxs barəsində tədbi görülməsini xahiş etmişdir. Bundan başqa Beyləqan rayon Soltanbud kənd K.Ağamalıyev adına kənd orta ümumtəhsil məktəbinin əməkdaşları tərəfindən Şəxs hərəkətləri barədə xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Sözügedən hadisə ilə bağlı tərəfindən araşdırma aparılmış, hadisənin şahidi olmuş müəllimlərin izahatı alınmış və nəticədə məlum olmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Beyləqan rayonu, Dünyamalılar kənd orta məktəbində məktəb direktorunun otağında X4 təhqir etmişdir. Ona görə də Şəxs əməlini Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə qiymətləndirərək barəsində tədbir görülməsi üçün məhkəməyə vermişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədi və izahat verərək göstərdi ki, 14 mart 2025-ci il tarixdə Ağcabədi rayonunda olan zaman oğlu Cəlaləddin ona zəng edərək həmkəndlisi Rövşən Bəylərovun məktəbin bayram tədbirində onu nalayiq söyüşlərlə təhqir etməsini bildirmiş, əvvəlcə oğlunun sözünə inanmamış, lakin oğlunun yanında olan dostu Muraz oğlundan telefonu alaraq oğlunun dediklərinin doğru olduğunu bildirmişdir. Bundan sonra o, R.Bəylərovun oğlunu təhqir etməsi barədə polis və prokrorluğa şikayət etmiş və məktəbin müəllimlərindən Murazdan izahat alınmasını və Rövşən Bəylərovun həqiqətən məktəbin həyətində oğlunu təhqir edib-etməməsini dəqiqləşdirmələrini tələb etmişdir. Bundan sonra məktəbin bir neçə müəllimi Murazın yaşadığı evə gedərək Murazdan hadisə barədə məlumat almışlar. Bundan sonra o, bir neçə dəfə Şəhla müəlliməyə zəng edərək məsələnin nə yerdə olduğunu soruşan zaman Şəhla müəllimə onunla sərt danışmış və ona məsələni çox uzatmasını bildirərək onu 17 mart tarixinə məktəbə dəvət etmişlər. 17 mart 2025-ci il tarixdə məktəbə getmiş, məktəbin direktorunun otağında olan zaman direktora Murazdan aldıqları ərizə ilə tanış olmaq istədiyini bildirmiş, direktor ərizənin Şəhla müəllimədə olduğunu bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Şəhla müəllim direktorun otağına gəlmiş və Şəhla müəllimdən ərizəni tələb edən zaman Şəhla müəllimə onda heç bir ərizənin olmadığını bildirmişdir. Bundan sonra o, məktəb direktorundan və Şəhla müəllimdən nə üçün Rövşən Bəylərovun məktəbin ərazisinə buraxıldığını və onun hərəkətlərinin ört-basdır olunmasına şərait yaratmaqlarının səbəbini soruşmuşdur. Həmin vaxt o, orada heç kəsə qarşı nalayiq ifadə işlətməmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Zərəçəkmiş şəxs X15 məhkəmə iclasında izahat verərək bildirdi ki, 14 mart 2025-ci il tarixdə məktəbdə “Novruz bayramı” şənliyi olmuş, həmin vaxt məktəbin hasarı olmadığına görə kənardan kənd sakinləri də tədbirə baxmışlar. Həmin tədbir zamanı Mülküyətin oğlu Cəlaləddin onun yanında olmuşdur. Tədbirin səhəri gün Mülküyət ona zəng edərək Rövşən Bəylərovun tədbir zamanı oğlunu təhqir etdiyini bildirmişdir. Həmçinin onların Rövşən Bəylərova himayədarlıq etdiklərini bildirmişdir. 15 mart 2025-ci il tarixdə Mülküyətin oğlu Cəlaləddin məktəbin şüşəsini qırdığına görə məktəbin direktorunun tapşırığına əsasən onlardan izahat almışdır. xx.xx.2025-ci il tarixdə Mülküyət məktəbə gələrək onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edərək məktəb direktorunun otağına getmişdir. Məktəbin direktoru onu otağına çağırmış və direktorun otağına gedən zaman Mülküyətin orada olduğunu görmüşdür. Mülküyət direktorun otağında da onun ünvanına nalayiq ifadələr işlədər böhtan xarakterli ifadələr işlətmişdir. Onun narkotikdən istifadə edən Rövşənə havadarlıq etdiyini bildirmişdir. Onun səs-küyünə müəllimlərin dərsləri dayanmış, uşaqlar məktəbdə narahat olmuşlar. Məktəbin fəaliyyəti pozulmuşdur. Mülküyətin hərəkətlərindən narahat olmuş, huşunu itirmiş, ayılanda özünü xəstəxanada görmüşdür. Şəxs şikayətçidir. Göstərilənlərə əsasən ona ciddi cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə məktəbdə “Novruz bayramı” şənliyi təşkil olunmuş, bayramın səhəri gün, yəni xx.xx.2025-ci il tarixdə Şəxs ona zəng edərək oğlu Cəlaləddinin bayram şənliyi zamanı kənd sakini Rövşən Bəylərov tərəfindən nalayiq ifadələrlə təhqir olunduğunu bildirmişdir. Həmin vaxt o, Mülküyətdən R.Bəylərovun oğlunu təhqir etməsini sübut edən hər hansı şəxsin olduğunu soruşmuş, Mülküyət cavabında bildirmişdir ki, həmin vaxt orada Cəlaləddinin sinif yoldaşı Muraz orada olmuşdur. Bundan sonra o, Murazdan izahat alınması üçün Şəhla müəllimə tapşırıq vermiş və Mülküyəti xx.xx.2025-ci il tarixə məktəbə dəvət etmişdir. xx.xx.2025-ci il tarixdə övladı xəstə olduğuna görə onu xəstəxanaya apardığına görə məkətəbə iş vaxtından bir qədər gec gəlmiş və məktəbə gələn zaman Murazın qohumlarını və Mülküyəti məktəbdə görmüşdür. Həmin vaxt Mülküyət uca səslə Şəhla məllimin ünvanına nalayiq ifadələr işlətməyə başlamış və böhtan xaraketrli ifadələr işlətmişdir. O, Mlüküyəti sakitləşdirməyə çalışsa da Mülküyət ona heç bir məhəl qoymadan əsəbi şəkildə öz hərəkətlərini davam etdirmişdir. Həmin hadisəni şagirdlər və məktəbin müəllimləri görmüşdür. Mülküyətin hərəkətləri məktəbin iş fəaliyyətini pozmuşdur. Hadisədən dərhal sonra hadisə şahidlərinin iştirakı ilə Şəxs hərəkətləri barədə akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9, X10 və X2 Qaratel Məhərrəm qızı ilə eyni məzmunda ifadə verərərək X3 ifadəsində göstərdiyi xüsusatların doğruluğunu təsdiq etdilər. Şəxs Beyləqan rayon Soltanbud kənd K.Ağamalıyev adına kənd orta ümumtəhsil məktəbinin həyətində xırda xuliqanlıq hərəkətləri etməsi və məktəbin təşkilatçı muavini X1 təhqir etməsi iş materialları, şahidlərin izahatları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beyləqan rayon Soltanbud kənd K.Ağamalıyev adına kənd orta ümumtəhsil məktəbinin əməkdaşları məktəbin direktoru H.Qaratel, direktor muavini Q.Sənurə, məktəbin müəllimləri Q.Fərəhim, Q.Ramil, M.mahirə, Q.Xanım, Q.Tahirə, Ə.Firdovsi, M.Məhəbbət, Q.Türkan və digərlərinin iştirakları ilə tərtib olunmuş 17 mart 2025-ci il tarixli aktdan görünür ki, məktəbin 8-ci sinifində oxuyan Muraz və Cəlaləddinin valideyinləri Gülmalıyev mülküyət İlqar oğlu, sarıyev Ələddin Xaləddin oğlu, Murazın nənəsi Zərifə məkətəb ərazisinə gələrək xx.xx.2025-ci il tarixdə məktəbin “Novruz bayramı” tədbirində baş vermiş anlaşılmazlıq üçün işin əslini öyrənmədən məktəbdə şagirdlərin gözü qarşısında müəllim kollektivini təhqir etmişlər. Gülmalıyev mülküyət İlqar oğlu məktəbin təşkilatçı muavini X12 böhtan ataraq bildirmişdir ki, “sən məktəbdə narkotik satırsan” bu səbəbdən Şəhla müəllimin halı pisləşmiş və xəstəxanaya yerləşdirilmişdir. Ona görə də Şəxs hərəkətləri barədə akt tərtib etmişlər. Beyləqan rayon PŞ-nin məsul növbətçi polis baş leytenantı X14 rayon PŞ-nin rəisinə ünvanladığı xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, 17 mart 2025-ci il tarixdə, saat 10 radələrində DİN-nin 102 xidməti zəng mərəzi sisteminə daxil olmuş məlumatda Beyləqan rayon Mərkəzi xəstəxanasına vətəndaş X20 həmkəndlisi Mülküyət adlı şəxsin yoldaşın Nəcəfova Şəhlanı təhqir etməsi yoldaşının səhəttinin pisləşməsini və polis əməkdaşlarının Beyləqan rayon Mərkəzi xəstəxanasına yaxınlaşmasını istəmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Beyləqan rayonu, Dünyamalılar kənd orta məktəbində məktəb direktorunun otağında X4 təhqir etmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:30-dan hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-187/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-187/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver