Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-188/2024 02.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin inzibati işlər üzrə direktor muavini X7, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Beyləqan şəhəri, S.Qaziyeva küçəsi 21 ünvanında yerləşən Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: ünvan 2 ünvanında yerləşən Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən İXM-in 538.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 28 fevral 2024-cü il tarixli, MN seryalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş materialları daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Beyləqan şəhəri, S.Qaziyeva küçəsi 21 ünvanında yerləşən Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikləri ilə yerinə yetirilməsi aşkar edilmişdir. Bununla da, Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, 28 fevral 2024-cü il tarixdə Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin barəsində 28 fevral 2024-cü il tarixli, MN seryalı, ******* nömrəli inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin inzibati işlər üzrə direktor muavini X11 bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayon mərkəzi xəstəxanasında ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyəti düzgün yoxlanılmamış, qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Metrologiya İnstutunun meteroloqları tərəfindən Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyəti yoxlanılan zaman 53 adda 167 ədəd ölçmə vasitəsindən 63 ədəd ölçmə vasitəsinin yoxlamadan keçmədiyi, həmçinin 53 adda ölçmə vasitəsindən 2 (iki) ədəd ölçmə vasitəsinin tipinin təsdiq edilməməsinə dair nöksan aşkarlanmışdır. Bununla bağlı dövlət orqanı tərəfindən ünvanlarına bildiriş göndərilmiş, lakin hüquqi şəxsin məsul əməkdaşının səhlənkarlığı ucbatından dövlət təşkilatından daxil olmuş xatırlatma bildirişlərinə vaxtında cavab verilməmiş və göstərilən nöksanlar aradan gec qaldırılmışdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş Beyləqan Rayon Mərkəzi Xəstəxanasında yoxlamadan keçirilməmiş ölçmə vasitələrinin siyahısına nəzər yetirdikdə, nasaz vəziyyətdə (təmirə ehtiyacı olan) olması ilə əlaqədar istifadə edilməyən ölçmə vasitələrinin siyahıda qeyd olunduğu görülməkdədir. Hansı ki, təmirə ehtiyacı olan ölçmə vasitələr barəsində onların işlək vəziyyətdə olmadıqları ilə bağlı tərəflərindən yoxlamalar həyata keçirilmədən öncə müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Qanununun 12.1 -ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Qanunun tələbindən də göründüyü kimi, təmirə ehtiyacı olan ölçmə vasitələrinin dövri yoxlaması həmin vasitələrin istismar prosesində həyata keçirilir. Buna baxmayaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən yoxlamalar həyata keçirilən zaman bu hal nəzərə alınmamış və nasaz vəziyyətdə olduğuna görə istismar olunmayan ölçmə vasitələri də yoxlamadan keçirilməyən vasitələr siyahısına əlavə olunmuşdur. Bütün bunları nəzərə alaraq, o, məhkəmədən inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X9 bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 11 saylı regional bölməsinin məsləhətçisi X10 və Azərbaycan Metrologiya İnstutu PHŞ-nin baş metroloqu X1 şəhəri, S.Qaziyeva küçəsi 21 ünvanında yerləşən X6 PHŞ-nin biomedikalı X5 iştirakı ilə müəssisədə (idarədə və ya təşkilatda) ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyətini yoxlamaq və ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinq aparılaraq ölçmə vasitələrinə dair məlumatları əks etdirən siyahı tərtib edilmişdir. Yoxlama zamanı müəssisədə 53 adda 167 ədəd ölçmə vasitəsindən 63 ədəd ölçmə vasitəsinin yoxlamadan keçmədiyi aşkar olunmuşdur. Həmçinin 53 adda ölçmə vasitəsindən 2 adda ölçmə vasitəsinin tipi təsdiq edilməmişdir. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində aparılan monitorinq zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə nümayəndəsi olduğu təşkilat tərəfindən X6 PHŞ-nə xx.xx.2023-cü il tarixli, 3-211/2-22170/2023 nömrəli, 19 yanvar 2024-cü il tarixli, 3-21-1/2- 683/2024 nömrəli xidməti məktublar göndərilməsinə baxmayaraq X6 publik hüquqi şəxsi istismar olunan 63 əsas müxtəlif təyinatlı ölçmə vasitələrinin yoxlamadan keçirilməsi, 2 adda ölçmə vasitəsinin tipinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə heç bir rəsmi sənəd təqdim etməmiş, həmçinin göstərilən nöksanları aradan qaldırmamışdır. Göstərilənlərin nəzərə alınmasını və X6 PHŞ-in barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola qanunamüvafiq qiymət verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, X6 PHŞ-in barəsində tərtib olunmuş protokolu əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 28 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və yoxlama aktından görünür ki, 20 oktyabr 2023-cü il tarixdə beyləqan şəhəri, S.Qaziyeva küçəsi 21 ünvanında yerləşən X6 PHŞ-də ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikləri ilə yerinə yetirilməsi aşkar edilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə X6 PHŞ-də monitorinq keçirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 3-211/2-22170/2023 nömrəli və 19 yanvar 2024-cü il tarixli, 3-21-1/2-683/2024 nömrəli məktublardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə aparılan monitorinq zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə tədbrilər görülməsi ilə bağlı göstəriş verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 2 adda ölçmə vasitəsinin tipinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə ünvanlanmış xidməti məktublarda göstərilən nöksanları inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra, yəni xx.xx.2024-cü ildə aradan qaldıraraq sınaq avadanlıqlarının metroloji attestasiyası haqqında attestat almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.0-cı maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. ölçmə - kəmiyyətin ədədi qiymətinin müəyyən edilməsi üçün yerinə yetirilən əməliyyatların məcmusu; 1.0.2. ölçü vahidi - kəmiyyət vahidi kimi qəbul edilən və onunla həmcins olan kəmiyyətlərin miqdarca ifadəsi üçün istifadə olunan, təsbit edilmiş qiymət; 1.0.3. ölçmələrin vəhdəti - nəticələri tətbiqinə rəsmi icazə verilmiş kəmiyyət vahidi ilə ifadə edilən və dəqiqlik göstəriciləri hüdudlardan kənara çıxmayan ölçmələrin vəziyyəti "Ölçmələrin vəhdətinin təmin edilməsi” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerinə yetirilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyridəqiq nəticələrinin mənfi təsirinin qarşısını almaq məqsədi daşıyır. 2.4-cü maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövləttənzimlənməsi aşağıdakı sahələrdə yerinə yetirilən ölçmələrə şamil edilir: 2.2.1 səhiyyə; 2.2.2 bitki mühafizəsi və karantini, aqrokimyəvi tədbirlərin həyata keçirilməsi; 2.2.3 baytarlıq; 2.2.4 ətraf mühitin mühafizəsi 5.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Ölçmələrin nəticələri Azərbaycan Respublikasında tətbiqinə icazə verilmiş kəmiyyət vahidləri ilə ifadə olunmalıdır. 11.3-cü maddəsinə əsasən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sertifikatla təsdiqlənir. Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın forması və qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12.5-ci maddəsinə əsasən ölçmə vasitələrinin yoxlanılmasının nəticələri yoxlama nişanı və (və ya) yoxlama haqqında şəhadətnamə ilə təsdiq edilir. Ölçmə vasitəsinin konstruksiyası yoxlama nişanının baxış üçün əlverişli olan yerdə vurulmasını təmin etməlidir. Ölçmə vasitəsinin konstruksiyasının xüsusiyyətləri və ya istismar şəraiti yoxlama nişanını bilavasitə ölçmə vasitəsinin üzərinə vurmağa imkan vermirsə, bu nişan yoxlama haqqında şəhadətnaməyə vurulur. 20-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. İşin hallarından və sadalanan normaların məzmunundan və yoxlama aktından görünür ki, xəstəxanada olan digər ölçmə vasitələrinin yoxlamadan keçməsi barədə şəhadətnamənin və həmin ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın olmadığı aşkar olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, X6 publik hüquqi şəxs hüquqi şəxs qismində İXM-in 538.1-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq cərimə tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : X6 publik hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-188/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-188/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver