Məhkəmə qərarları › İş №3(020)-189/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-189/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-189/2024 04.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Beyləqan rayonu Milabad qəsəbəsində yerləşən otlaq sahəsində muvafiq sənədləri olmayan bir ədəd tək lüləli B 51024 nömrəli ov tüfəngininin daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonu Milabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində yaşağıdı qəsəbə ərazisində yerləşən çöl torpaq sahəsinə baxmağa gedən zaman özünə məxsus sənədləri olmayan ov tüfəngini də özü ilə götürmüşdür. Bu zaman bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxsin polis əməkdaşı olduğunu bilmişdir. Polis əməkdaşı ondan üzərində gəzdirdiyi ov tüfənginin muvafiq sənədlərinin olub-olmadığını soruşmuş, O, həmin ov tüfənginin ona atasından yadigar qaldığına görə heç bir sənədlərinin olmadığını polis əməkdaşına bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşına təhvil vermiş, özü də polis əməkdaşı ilə birlikdə rayon PŞ-nə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı X1 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində rayonun Milabad qəsəbəsi ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin çiynində ov tüfəngi otlaq sahəsinə tərəf hərəkət etdiyini görmüş və həmin şəxsə yaxınlaşaraq özünü təqdim edərək üzərində olan ov tüfənginin muvafiq sənədlərinin olub-olmadığı barədə həmin şəxsdən soruşmuşdur. Həmin şəxs isə cavabında ov tüfənginin ona atasından yadigar qaldığını və ona görə də heç bir sənədinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün bir ədəd tək lüləli, B 51024 nömrəli ov tüfəngini və həmin şəxsi rayon PŞ-nə gətirmişdir. Polis şöbəsində həmin şəxsin Beyləqan rayonu Milabad qəsəbə sakini Şəxs olduğu məlum olmuşdur. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib bir ədəd tək lüləli, 16 kalibirli, B 51024 nömrəli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar