Məhkəmə qərarları › İş №3(020)-190/2025

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-190/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-190/2025 02.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsinin icra edən X5, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Beyləqan rayonu, Milabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-də işləyən, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs və X2 müştərək qaydada 132067,65 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərci və 22 manat məbləğində dövlət rüsumu alınaraq X4 verilməlidir. Şəxs icra sənədi üzrə borcunu ödəməmiş, həmçinin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 83/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs və X2 müştərək qaydada 132067,65 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərci və 22 manat məbləğində dövlət rüsumu alınaraq X4 verilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası ilə bağlı tərəflərə bildiriş göndərilmişdir. Qanuni icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə borcundan üzərinə düşən 66.245 manat borcdan heç bir ödəniş etməmişdir. O, icra şöbəsinə dəvət edilmiş, Şəxs izahatı alınmış, bir daha ona icra sənədinin icra edilməsi təklif edilmiş, Şəxs icra şöbəsində verdiyi izahatında məhkəmə qərarı ilə razılaşmadığını və əlavə kassasiya şikayəti verdiyini bildirərək icra sənədi üzrə heç bir ödəniş etməyəcəyini bildirmişdir. Tələbkar isə borcun ödənilməsini tələb edir. Borclunun əmək haqqısı isə az olduğuna görə tələbkar əmək haqqından tutulma ilə razılaşmır. Ona görə də borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə vermişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədi və məhkəmə iclasında izahat verərək bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X2 və ondan müştərək qaydada 132067,65 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərci və 22 manat məbləğində dövlət rüsumu alınaraq X4 verilməsi qət edilmişdir. Onun icra sənədində qeyd olunan məbləğdə borcu yoxdur. O, barəsində olan məhkəmə qərarı ilə razılaşmamışdır. İcra şöbəsinə dəvət edilmiş, borcun ödənilməsi barədə ona xəbərdarlıq edilmiş, izahatı alınmışdır. O, icra şöbəsində verdiyi izahatda da A.Abdullayevə borcu olmadığını, əlavə kassasiya qaydasında şikayət verdiyini bildirmişdir. Həmçinin hazırda icra məmurunun icraata başalamaq haqqında qərarından şikayət vermişdir. Ona görə də barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 izahat verərək bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs və X2 müştərək qaydada 132067,65 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərci və 22 manat məbləğində dövlət rüsumu alınaraq ona verilməlidir. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən bu günədək Şəxs ona heç bir ödəniş etməmişdir. Hazırda borcunun ödənilməsini tələb edir. Baxmayaraq ki, Şirvan Kommersiya Məhkəməsinin qərarı apellyasiya və kassasiya qaydasında baxılaraq qüvvədə saxlanılmışdır. Borclular onun vəsaiti hesabına ev və torpaq sahəsi almışlar, borcu ödəməyə maddi imkanları da vardır. Lakin işin icrasını yubandırmaq məqsədi ilə bu addımları atırlar. Ona görə də Nulan Soltanlının barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs və X2 müştərək qaydada 132067,65 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərci və 22 manat məbləğində dövlət rüsumu alınaraq X4 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 83/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında icraata başlanılmış və icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2025-ci il tarixli, Xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədinin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Şəxs həmin sənədləri icra şöbəsində şəxsən qəbul etmişdir. Borclu Şəxs Beyləqan rayon İcra və probasiya şöbəsində izahatı alınmış, onun tələbkara borcu olmadığını, əlavə kassasiya şikayəti verdiyinə görə icra sənədini icra etmədiyini izahatında göstərmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə borcunu ödəməyərək sözügedən icra sənədini icra etməmiş və Şəxs borcun ödənilməməsinin səbəbi kimi məhkəmə qərarları ilə razı olmaması və əlavə kassasiya şikayəti verərək məhkəmə qərarını mübahisələndirməsi borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün əsas sayıla bilməz. Onun əlavə kassasiya şikayəti verməsi icra sənədinin icrasını dayandırmır. Digər tərəfdən icra məmurunun icraata başlamaq haqqında qərarını Şəxs 10 yanvar 2025-ci il tarixdə şəxsən qəbul etmiş, ondan yalnız hazırki tarixdə, yəni barəsində inzibati protokol tərtib edildikdən sonra şikayət vermişdir. Həmin qərardan şikayət verilməsi də icra sənədini üzrə icraatın dayandırılmasına əsas sayıla bilməz. Göründüyü kimi, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə verilmiş icra sənədini üzrsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. İşin hallarından da göründüyü kimi o, maddi imkanı olmamaq baxımından deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarından narazı qaldığı üçün icra sənədini icra etməməsi öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarın icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədləri qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildirişlər, özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni xx.xx.2025-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 02 aprel 2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar