Məhkəmə qərarları › İş №3(020)-191/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-191/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-191/2024 04.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, İnzibati xəta əməlindən zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Beyləqan rayonu Mil qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndində X4 ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək Etibar Kazımovu döymüşdür. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. X4 onun qaynıdır, aralarında ədavət və düşmənçilik yoxdur. Etibarın bacısı Xəyaləylə 2014cü il tarixdə evlənmişdir və onların 1 azyaşlı qızı vardır. xx.xx.2024-cü il tarixdə evdə ciddi səbəb olmadan Xəyaləylə aralarında mübahisə yaranmış və Xəyalə bundan sonra atası evinə küsülü getmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, kafedə yemək yeyib spirtli içki qəbul etmişdir. Bundan sonra qızını görmək istəmiş və gecə saat 00:30 radələrində buna görə Etibargilin qapısına getmişdir. Etibara zəng etmiş, lakin Etibar zəngə cavab verməmişdir. Buna görə də Etibarın qapısına gedərək qapını döyməyə başlamışdır. Biraz sonra Etibar çölə çıxmış və o, Etibara qızını görmək istədiyini bildirmişdir. Etibar qızını göstərməkdən imtina etdiyi üçün aralarında mübahisə yaranmışdır. Bu zaman o, əsəbiləşərək yumruqla Etibarın sifətinə vurmuşdur. Biraz sonra qapıya polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Bundan sonra aralarındakı münaqişə başa çatmışdır. Etibarla aralarındakı münaqişə Etibarın qapısında olmuş, hadisəni Etibarın anası İradə və bacısı Xəyalə də görmüşdür. Həmçinin bildirdi ki, hal-hazırda Etibar Kazımovdan üzr istəmiş və onunla barışmışdır. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayır. Şəxs onun kürəkənidir, aralarında ədavət və düşmənçilik yoxdur. Bacısı Xəyal ilə Tural 2014-cü il tarixdən evlidirlər və onların 1 azyaşlı qızları vardır. Turalla Xəyalənin arasında mütəmadi olaraq münaqişələr olur. 2023-cü ilin sonlarında Xəyalə azyaşlı qızı ilə birlikdə onların evinə gələrək Turaldan ayrıldığını bildirmişdir. Bundan sonra Xəyalə onlarla yaşamağa başlamışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 00:30 radələrində o, anası İradə və bacısı Xəyaləylə birlikdə evdə olarkən Tural evinə gəlmişdir. Belə ki, Tural gəlməmişdən öncə digər kürəkəni Mənsur ona zəng edərək Turalın ona zəng etdiyini və qızını görmək istədiyini bildirdiyini bildirmişdir. Biraz sonra Tural qapını döyərək qızını görmək istədiyini bildirmişdir. O, Turalın içkili olduğunu anlayıb qapını açmışdır. Tural ona qızını görmək istədiyini bildirərək onunla kobud danışmışdır. Mübahisələri yaranmışdır. Bacısı Xəyalə DİN-nin “102 xidmətinə” zəng edərək oraya polis əməkdaşlarını çağırmışdır. Biraz sonra Tural onun yanına yaxınlaşıb yumruqla sifətinə vurmuşdur. Bundan sonra qapısına polislər gələrək Turalı aparmışlar. Aralarındakı münaqişə qapısında olmuş, hadisəni anası İradə, bacısı Xəyalə də görmüşlər. Bildirdi ki, hadisədən sonra Şəxs ondan üzr istəmiş, O, isə Şəxs bağışlamışdır. Şəxs şikayət və tələbi olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndində X4 ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək Etibar Kazımovu döymüşdür. İşdə olan 10 yanvar 2024-cü il tarixli 26/2024 saylı rəydən görünür ki, Azərbaycan Respublikası SN-nin MTE və PA birliyinin Beyləqan rayonlar arası şöbəsinin rəisi X1 vətəndaş X2 adına vermiş olduğu 10 yanvar 2024-cü il tarixli müayinə aktından məlum olur ki, məhkəmə tibbi müayinəsi zamanı 1999-cu il təvəllüdlü X2 alın nahiyəsində qançır müəyyən olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işə əlavə edilmiş, Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 15 yanvar 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı, polis kapitanı X3 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı toplanmış materialda Şəxs əməllərində cinayət tərkibi əlamətləri olmadığından, həmin fakt üzrə Azərbaycan Respublkası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon PŞ-nin İTB-nə göndərilmişdir. Beləliklə məhkəmə iş materiallarını və inzibati xəta əməli törtmiş şəxslə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.1, 112, 114, 115 , 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilən şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar