Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-193/2024 04.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Beyləqan rayonu, Örənqala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,evli, orta təhsilli, işsiz, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:20 radələrində Beyləqan rayonu, Örənqala qəsəbəsinin mərkəzində ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində eşitmişdir ki, qardaşı X1. Həmin vaxtı o, təsadüfən həmkəndlisi İlqar Cəfərova məxsus ərzaq mağazasına daxil olduqdan sonra X7i marketdə görmüşdür. X7 İlqar Cəfərova məxsus marketdən 3 ədəd meyvə şirəsi almış, X7in pulu olmadığı üçün İlqar Cəfərova demişdir ki, kartının hesab nömərsini versin aldığı meyvə şirələrinin pulunu kartına göndərsin. İlqar Cəfərov kartının olmadığını bildirmiş, bu səbəbdən X7 və İlqar Cəfərovun arasında sözlü mübahisə yaranmışdır. Mübahisəni gördükdən sonra X7i marketdən çölə çıxartmışdır. Daha sonra o, marketə daxil olmuşdur. Bu zaman X7 qəsdən əli ilə marketin plastikdən olan giriş qapısının şüşəsini vuraraq sındırmışdır. O, Ruslan Nuriyevi yenidən marketdən çölə çıxartmışdır. İlqar Cəfərov da, marketdən çölə çıxmışdır. O, bir neçə dəfə qardaşı Ruslanla mübahisə edərək evə aparmaq istəsə də, getməmişdir. Həmin vaxtı o, əsəbləşərək İlqar Cəfərova təpik atan zaman yerə yıxılmışdır. Bundan sonra qardaşı Ruslanın əlini şüşə kəsdiyi üçün qan gəlmişdir. Bu səbəbdən qardaşı X5 rayonu Mərkəzi xəstəxanasına getmişdir. X7 sərxoş olduğu üçün sağ əliylə İlqar Cəfərova məxsus marketin giriş qapısını açan zaman əliylə şüşəsini sındırmış, o, İlqar Cəfərovun sağ tərəfdən boynuna yumruqla vuraraq döyməmiş, lakin o, əsəbləşərək İlqar Cəfərova təpik atan zaman yerə yıxılmışdır. Mübahisə zamanı əsəbi vəziyyətdə olduğundan ucadan danışmış və bu zaman qəsəbə ərazisində xidmətdə olan polis əməkdaşları hadisə yerinə gəlmiş və onları sakitləşdirərək rayon polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Mübahisə Beyləqan rayonu Örənqala qəsəbəsi ərazisində İlqar Cəfərova məxsus marketin qarşısında baş vermiş, mübahisə zamanı orada adlarını xatırlamadığı 7- 8 nəfər adam görmüşdür. Hadisə zamanı əsəbi vəziyyətdə olduğuna görə özündə olmamışdır. əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəckdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında göstərdi ki, Şəxs onun həmkəndlisidir. Beyləqan rayonu Örənqala qəsəbəsi ərazisində ona məxsus ərzaq mağazası vardır. 26 yanvar 2024-cü il tarixdə saat 22:20 radələrində Ruslan Nuriyev sərxoş halda ona məxsus marketə daxil olaraq vitrindən 3 ədəd meyvə şirəsi götürərək ona yaxınlaşmışdır. Həmin vaxtı Ruslan Nuriyev 3 ədəd meyvə şirəsinin pulunu nisyə onun adına yazmasını demişdir. Bu zaman o, da demişdir ki, “nisyə heçnə satmır”. Beyləqan rayonu Örənqala qəsəbə sakini X3 da, həmin vaxtı marketdə olmuşdur. Daha sonra Ruslan Nuriyev ondan kart hesab nömrəsi istəmişdir ki, meyvə şirəsinin pulunu kartla ödəsin. O, Ruslan Nuriyevin sərxoş olduğunu görərək ona bildirişdir ki, səhər gəlsin hesablaşarlar. Bu zaman Ruslan Nuriyev onunla sözlü mübahisə etməyə başlamışdır. Ruslan Nuriyev onunla sözlü mübahisə edən zaman Ruslanın qardaşı Şəxs marketə daxil olmuş, həmin vaxtı Şəxs X7i marketdən çölə çıxartmışdır. Daha sonra Şəxs marketə daxil olaraq ona X7ə nəyə görə nisyə vermədiyini demişdir. O, da, bildirmişdir ki, X7in ona borcu vardır. Bu səbəbdən nisyə vermir. Həmin vaxtı yenə Ruslan Nuriyev yenidən marketə daxil olaraq onu söyüb təhqir etmişdir. Şəxs X7lə bir-birlərinin yaxasından tutaraq mübahisə etdikdən sonra Şəxs X7i marketdən çölə çıxartmışdır. Daha sonra Ruslan Nuriyev qəsdən əliylə marketin giriş qapısının şüşəsini vuraraq sındırmışdır. Bu zaman onlar marketdən çölə çıxmışlar. Ruslan Nuriyev marketin giriş qapısının şüşəsini qəsdən vuraraq sındıran zaman əlini şüşə kəsmişdir. O, Ruslan Nuriyevin əlindən tutmuşdur ki, qanı axmasın. Şəxs marketin qarşısında ona təpik ataraq sol tərəfdən yumruqla boyun sahiyyəsinə yumruqla vuraraq onu döymüşdür. Hadisə zamanı qəsəbə ərazisində xidmətdə olan rayon polis şöbəsinin əməkdaşları oraya gəlmiş və oradan nə baş verdiyini soruşmuşdur. Baş verənlər barədə polisə məlumat vermiş və bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişdir. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:20 radələrində Beyləqan rayonu, Örənqala qəsəbəsinin mərkəzində ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Ramil süleymanovun xırda xuliqanlıq hərəkətləri etməsi iş materialları və şahidin izahatı ilə kifayət qədər sübuta yetmişdir. Hesab edirəm ki, Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsinin tərkibi vardır. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbirləri görülməlidir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasına uyğun olaraq ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-193/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-193/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver