Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-194/2023 24.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə xx.xx.1986-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,ailəli, Beyləqan şəhəri, Ə.Vahid küçəsi ev 10-da qeydiyyatda olan və yaşayan X2 barəsində Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, X3 Azərbaycan Respublikası DİN Beyləqan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətalar haqqında İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokoluna əsasən Azərbaycan Respublikası İXMnin 329.1-ci və 33.1-ci maddələri ilə təqsirli bilinərək cəmi 400 manat məbləğində cərimə edilmişdir. X1 inzibati cəza növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və ödəyəcəyi məbləğə 240 manat dəbbə pulu əlavə edilmişdir. Nəticədə onun ödəyəcəyi məbləğ hazırda dəbbə pulu ilə birlikdə 640 manat təşkil edir. Buna görə də, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta törətmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materiallarından görünür ki, İnzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati xətalar haqqında İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 33.1-ci maddələri ilə təqsirli bilinərək cəmi 400 manat məbləğində cərimə edilmişdir. Lakin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmiş və ödəyəcəyi məbləğə 240 manat dəbbə pulu əlavə edilmişdir. Nəticədə onun ödəyəcəyi məbləğ dəbbə pulu ilə birlikdə 640 manata çatmışdır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, inzibati xəta törətmiş şəxsin inzibati cəriməsi bu günə kimi ödənilməmiş qalmışdır. İş materiallarını nəzərdən keçirib, X2 inzibati cəriməni ödəməməsini əsas tutaraq onun nəqliyyat vasitələrini idarə etmə hüququ Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada 1 (bir) il müddətinə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: xx.xx.1986-cı il tarixdə anadan olmuş X3 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-194/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-194/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver