Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-195/2023 13.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Beyləqan rayonu, Şəfəq qəsəbəsində anadan olmuş, evli, bir uşaq atası,orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu, Şəfəq qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-623/2021 saylı 19 may 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 19.407 (on doqquz min dörd yüz yeddi) manat və 20 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə Beyləqan rayon məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 3(020)-1023/2022 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-623/2021 saylı 19 may 2021-ci il tarixli icra sənədinə əsasən ondan 19.407 (on doqquz min dörd yüz yeddi) manat və 20 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi üzrə borcundan müxtəlif vaxtlarda olmaqla ümumilikdə 5000 manat ödəniş etmiş, sonradan işdən çıxmış və maddi imkanı olmadığından icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. İcra sənədinin könüllü icrası barədə icra məmuru tərəfindən ona vaxt verilmiş, lakin ona verilmiş vaxt ərzində borcunu ödəyə bilməmişdir. İcra məmuru tərəfindən onun ünvanına çağırış məktubu getmiş, həmin məktubu aldıqdan sonra İcra və Probasiya şöbəsinə getmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunaraq icra sənədi üzrə borcunun ödənilməsi tələb olunmuşdur. Bundan sonra icra sənədi üzrə olan borcundan 500 manat tələbkara ödəniş etmiş, lakin tələbkar həmin 500 manatı qəbul etməmişdir. İcra sənədi üzrə 13.000 manata qədər borcu qalmışdır. Hazırda icra sənədi üzrə borcunu tam olaraq ödəyə bilmir. Gündəlik fərdi işlərlə məşğul olur, qazancını özünün və ailəsinin dolanışığına sərf edir. Ona vaxt verilərsə borcunu hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alıb barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)- 623/2021 saylı 19 may 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 19.407 (on doqquz min dörd yüz yeddi) manat və 20 manat dövlət rüsumu alınaraq ona verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə ona olan borcundan 5000 manat ödəniş etmiş, sonuncu dəfə 25 noyabr 2022-ci il tarixdə ödəniş edərkən qalan borcunu tez bir zamanda tam olaraq ödəyəcəyinə dair söz vermiş, sonuncu dəfə ona 500 manat ödəniş edəcəyini bildirsə də həmin 500 manatı qəbul etməmişdir. Hazırda Şəxs icra sənədi üzrə ona 13.000 manata qədər borcu vardır. Borcunun tam olaraq ödənilməsini tələb edir. Çünki borclu ona ona verilən vədlərə əməl etməmiş, iki ilə yaxındır ki, icra sənədini tam olaraq icra etməmişdir. Ona görədə Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etdi. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-623/2021 saylı 19 may 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 19.407 (on doqquz min dörd yüz yeddi) manat və 20 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcundan müxtəlif vaxtlarda olmaqla 5000 manat ödəmiş, qalan borcu ödəməmişdir. xx.xx.2022ci il tarixdə icra sənədi üzrə borcu ödəmədiyindən Şəxs barəsində protokol tərtib olunmuş, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə borcu bu günədək ödənilməmiş qalmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə borcunu bu günədək ödəməmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-623/2021 saylı 19 may 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 19.407 (on doqquz min dörd yüz yeddi) manat və 20 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 3(020)-1023/2022 saylı qərarından görünür ki, Şəxs məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Beyləqan rayon məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 3(020)-1023/2022 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il müddətinə həmin icra sənədini üzürsüz səbəbdən icra etməməsi, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da borcunu tam olaraq ödəməməsi, tələbkarların borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 fevral 2023-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-195/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-195/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver