Məhkəmə qərarları › İş №3(020)-197/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-197/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-197/2023 14.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs iştrakı ilə xx.xx.1971-ci il tarixdə Beyləqan rayonu Örənqala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətandaşı, orta təhsilli, ailəli, dörd uşaq atası, deməsinə görə məhkum olunmamış, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda və yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi barədə icra məmurunun protokoluna Beyləqan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Beyləqan Rayon Məhkəməsinin 3(020)-595/2018 saylı, 01 noyabr 2018-ci il tarixli inzibati qərına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inziabati qaydada cərimə edilmişdir. Şəxs həmin cəriməni ödəməmiş, bununla da inzibati tənbehvermə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 (iyirmi beş) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildi və izahat verərək göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 3(020)-595/2018 saylı, 01 noyabr 2018-ci il tarixli inzibati qərına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icrası üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən onun ünvanına icra sənədinin könüllü icrası üçün bildiriş və xəbərdarlıq məktubları göndərilmiş, lakin maddi imkanı zəif olduğundan və aliment borclarını ödədiyindən icra sənədi üzrə olan cərimə borcunu hazıra kimi ödəməmişdir. Hal-hazırda da cərimə borcunu ödəmək fikri yoxdur. Ona görə də barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izah verərək göstərir ki, Beyləqan Rayon Məhkəməsinin 3(020)-595/2018 saylı, 01 noyabr 2018-ci il tarixli inzibati qərına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inziabati qaydada cərimə edilmişdir. İcra sənədi icraatına daxil olmuş, xx.xx.2019-cu il tarixdə icraata başalamaq haqqında qərar qəbul etmiş və qərarın surətini Şəxs göndərərək icra sənədini könüllü olaraq icra etməsi üçün 10 gün vaxt vermişdir. Bundan başqa Şəxs ünvanına icra sənədi üzrə cəriməni ödəməsi üçün bir neçə dəfə rəsmi olaraq xəbərdarlıq göndərməsinə baxmayaraq Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Beyləqan Rayon Məhkəməsinin 3(020)-595/2018 saylı, 01 noyabr 2018-ci il tarixli qərarının qanuni qüvvəyə mindiyi gündən 25 (iyirmi beş) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Beyləqan rayon İcra və probasiya şöbəsinə dəvət edilmiş, cərimə borcunun ödənilməsi barədə onun proflaktik söhbətlər aparılaraq icra sənədi üzrə borcunu ödəməsi ondan tələb edilmiş, lakin Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə olan 500 manat cərimə borcunu ödəməyəcəyini bildirmişdir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndidilməsinə dair protokol tərtib edərək məhkəməyə vermişdir. Göstərilənlərin nəzərə alınmasını və Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 3(020)-595/2018 saylı, 01 noyabr 2018-ci il tarixli qərarından çıxarılmış icra sənədindən görünür ki, Şəxs həmin qərarla Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş üzrə icra vərəqəsi icra üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Camal Alıyevin və barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinin tərkibi vardır. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Şəxs icra sənədini icra etməmiş, icra sənədi qanuni qüvvəyə mindiyi gündən 4 ildən artıq müddət keçmişdir. Şəxs hazırda da həmin cəriməni ödəmək fikrində deyildir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyəti tədbirdir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısnı almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən,xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıram hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, onun təqsirinin dərəcəsini və cərimə borcunu ödəmək fikrində olmadığını nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində həbs növündə aşağı həddə inzibati tənbeh tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 111, 112,114,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 14 fevral 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərardan onun surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apelliyasiya Məhkəməsinə şikayət və ya protes verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar