Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-198/2023 14.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Beyləqan rayonu, Yuxarı Aran kəndində anadan olmuş, evli, işsiz, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, Beyləqan rayonu, Yuxarı Aran kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: Daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olan mağazadan 420 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs məxsus olan mağazadan 400 manat ərzaq oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında əməlini etiraf etdi və izahat verərək göstərdi ki, Beyləqan rayonu, Yuxarı Aran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. Yuxarı Aran kəndində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazası var və həmin mağazanın yanında avtomobil təmir sexi vardır. O, həmin sexdə işə başlamış, orada işləyən zaman Elmin ondan mağazanın qarşısında olan zibilləri atmasını xahiş etmişdir. O, mağazanın qarşısında zibilləri yığıb atmaq istəyən zaman zibillərin arasından bir ədəd açar tapmış və açarı götürüb özündə saxlamışdır. Onun işlədiyi sex Mosu ləqəbli şəxsə məxsusdur. Mosu ləqəbli şəxs avtomobil üçün ehtiyyat hissələri gətirərkən onları Elminin mağazasına yığdığı üçün mağazanın açarını Mosudan şəxsən götürən zaman tapdığı açar ilə oxşar olduğunu görmüşdür. O, tapdığı açarı Mosu ləqəbli şəxsə qaytarmış, mağazanın açarını isə özündə saxlamış və mağazadan oğurluq etmək qərarına gəlmişdir. 10 avqust 2022-ci il tarixdə, gecə saat 23 radələrində Elminə məxsus mağazanın qapısını zibillikdən tapdığı açarla açaraq girmiş və 1 qutu “Palmal” markalı siqaret götürüb çıxmışdır. Bundan iki gün keçdikdən sonra 12 avqust 2022-ci il tarixdə yenidən mağazaya girmiş və bu zaman mağazadan miqdarını bilmədiyi enerji içkisi olan “Redbul”, müxtəlif markalı siqaretlər, sərinləşdirici içkilər, danışıq kartları və məbləğini xatırlamadığı pul oğurlamışdır. Mağazadan etdiyi oğurluğun bilinmədiyini gördükdən sonra yenidən mağazaya girmək qərarına gəlmiş və avqust ayının 15-i mağazanın qapısını tapdığı açar ilə açaraq mağazaya girmiş və iki qutu “Vinçester” markalı, bir qutu “LD” markalı, bir qutu “Kent 4” markalı, bir ədəd iki manatlıq, bir ədəd isə üç manatlıq danışıq kartları və on beş manat kağız pul və ik-üç manata yaxın qəpik oğurlayaraq çıxmışdır. 17 avqust 2022ci il tarixdə yenidən mağazaya girərək bir ədəd “Kent 4” markalı, bir ədəd “LD” markalı siqaretlər, iyirmi üç manat kağız pul, iki ədəd bir manatlıq və bir ədəd üç manatlıq danışıq kartları və yadında qalmadığı əşyaları oğurlayıb çıxmışdır. Sonuncu dəfə 21 avqust 2022-ci il tarixdə saat 23 radələrində elminə məxsus mağazaya oğurluq etmək məqsədi ilə açarla qapını açıb içəri girən zaman mağazanın girişində Elmini görüb özünü itirmiş və dərhal qaçmağa başlamışdır. Elmin onun arxasınca gələrək onu tutmuş və polisə məlumat vermişdir. Hərəkətlərindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Hazırda Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə materiala xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayonu, Yuxarı arankəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Şəxs həmkəndlisidir. Onunla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Yaşadığı kəntdə özünə məxsus ərzaq mağazası vardır, həmçinin rayon ərazisində süd alaraq Milabad qəsəbəsində yerləşən süd toplama məntəqəsinə satmaqla məşğuldur. Şəxs onunla işə gedərək süd yığmış, oğurluq hadisəsi baş verməzdən təxminən 20 gün əvvəl Azil öz istəyi ilə işləməkdən imtina etmişvə həmin gündən tək işləməyə başlamışdır. Azil işdən çıxdığı gündən 3-4 gün sonra onun mağzasından xırda-xırda oğurluqlar olmağa başladığını hiss etmiş, gündəlik olaraq 10-15 manat, 2-3 ədəd danışıq kartı, siqaretlər və digər ərzaq malları oğurlanmışdır. O, oğurluq olduğundan əmin olmaq üçün mağazaya nişanə qoymağa başlamışdır. O, gecələr mağazanı bağlayıb çıxan zaman kassadakı pulları, danışıq kartlarını və digər ərzaqları sayıb mağazadan çıxmış, səhər gəldikdə isə pulun üzərindən 10-15 manat, 2-3 ədəd danışıq kartının oğurılandığını aşkar etmişdir. Buna görə də gecələr mağazanı güdməyə başlamışdır. 21 avqust 2022-ci il tarixdə saat 23 radələrində mağazanın içərisində dayanıb oğurluq olub-olmamasını öyrənmək üçün gözləyən zaman mağazaya bir nəfər şəxsin açarla qapını açaraq daxil olduğunu görmüşdür. Həmin şəxs onu görüb qaçmış, o, həmin şəxsin arxasınca qaçaraq onu saxlamış və nə üçün oğurluq etdiyini soruşmuşdur. O, ehtiyacı olduğu şeyləri oğurladığını bildirmişdir. Azil onun mağazasından 13-15 dəfə oğurluq etmişdir. Onun mağazasından xırda-xırda təkrar oğurluqlar nəticəsində ümumilikdə ona 800 manat maddi ziyan dəymişdir. Şəxs onun mağazasından oğurluq etməsi nəticəsində ona dəymiş maddi ziyanı ödəmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olan mağazadan 420 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 400 manat ərzaq oğurlamışdır. İşdə olan 09 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati icraat açılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu maddənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Hazırda Şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq,məhkəmə adından Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilsin Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-198/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-198/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver