Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-198/2024 07.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış, diş texniki işləyən, Beyləqan rayonu Kəbirli kəndindəqeydiyyatda olan, hazırda Beyləqan rayonu 1-ci Şahsevən kəndində yaşayan Şəxs barəsində Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Beyləqan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Beyləqan rayon məhkəməsinin 2(020)-216/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs bir uşaq üçün 70 manat olmaqla iki uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)-159/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2011-ci ildə anadan olan Fəyyaz və xx.xx.20212-ci ildə anadan olan Ayaz adlı uşaqların saxlanılması üçün uşaqların anası X1 xeyirinə qət edilən hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat sabit sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməklə artırılmışdır. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-216/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan bir uşaq üçün 70 manat olmaqla iki uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)-159/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2011-ci ildə anadan olan Fəyyaz və xx.xx.20212-ci ildə anadan olan Ayaz adlı uşaqların saxlanılması üçün uşaqların anası X1 xeyirinə qət edilən hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat sabit sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməklə artırılmışdır. Bildirdi ki, məhkəmə qayadında aralarında olan nikah pozulduqdan sonra Dilbər Vəliyeva ilə barışaraq uzun müddət birlikdə yaşamışlar. Birlikdə yaşadıqları müddət ərzində tələbkar icra şöbəsində heç bir ərizə vermədiyindən 11840 manat aliment borcu yaranmışdır. Sonradan tələbkarla yenidən dalaşmış və tələbkar hazırda birlikdə yaşadıqları dövürdə toplanan aliment borcunu tələb edir. İcra məmuru tərəfindən bildirişlər onun qeydiyyatda olduğu Kəbirli kəndinə göndərildiyinə görə icra məmurunun çağırışlarından xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən ona barəsində axtarış qərarı olması barədə məlumat verildikdən sonra rayon İcra və probasiya şöbəsinə gəlmiş, icra məmuru tərəfindən onun izahatı alınmış və icra məmuru ondan icra sənədi üzrə alimenti ödəməsini tələb etmişdir. Hazırda icra sənədləri üzrə aliment borcunu ödəmək üçün maddi imkanı yoxdur. Ona vaxt verilərsə icra sənədi üzrə aliment borcunu gələcəkdə alimentlə birlikdə hissə-hissə ödəyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-216/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs bir uşaq üçün 70 manat olmaqla iki uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Həmçinin Beyləqan rayon məhkəməsinin 2(020)-159/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2011-ci ildə anadan olan Fəyyaz və xx.xx.20212-ci ildə anadan olan Ayaz adlı uşaqların saxlanılması üçün uşaqların anası X1 xeyirinə qət edilən hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat sabit sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməklə artırılmışdır. Borclu Şəxs icra sənədləri üzrə alimenti ödəməsi üçün barəsində qanuni icra tədbirləri görülməsinə baxmayaraq heç bir ödəniş etməmiş, nəticədə icra sənədi üzrə 11840 manat aliment borcu yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borclu Şəxs icra məmurunun bildirişi göndərilmişdir. Lakin Şəxs icra şöbəsinə gəlməkdən imtina etmişdir. Ona görə də Şəxs barəsində axtarış qərarı verərək icrası üçün Beyləqan rayon PŞ-nə göndərilmişdir. Şəxs bu gün tutularaq rayon İcra şöbəsində gətirilmişdir. Şəxs icra şöbəsində verdiyi izahatında icra sənədi üzrə alimenti ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-216/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs bir uşaq üçün 70 manat olmaqla iki uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-159/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2011-ci ildə anadan olan Fəyyaz və xx.xx.20212-ci ildə anadan olan Ayaz adlı uşaqların saxlanılması üçün uşaqların anası X1 xeyirinə qət edilən hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat sabit sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməklə artırılmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs icra sənədi üzrə olan aliment borcunu üzrsüz səbəbdən ödəməməsi və bununla əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kifayət qədər sübuta yetirilmişdir. Ona görə də, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2 -ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətinixarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini və hazırda da aliment borcunu ödəməməsi, tələbkarın borcun ödənilməsində israrlı olmasını, habelə onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs növündə cəza verilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115 və 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta əməlini törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 07 mart 2024-cü il tarixdən, saat 10:43-dən hesablansın. Qərardadan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(020)-198/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-198/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver