Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-199/2023 14.02.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs Şəxs Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Beyləqan rayonu, Örənqala qəsəbəsində anadan olmuş, orta təhsilli, işsiz, ailəli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Beyləqan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: Şəxs 19 yanvar 2023-cü il tarixdə, Zərərçəkmiş şəxs məxsus Beyləqan şəhəri, Sevil Qaziyeva küçəsində yerləşən mağazadan 1 top 150 manat dəyərində stolun üzərinə salınan sellofan oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs məhkəmə iclasında törətdiyi əməli qismən etiraf edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə aliment borcu ilə əlaqədar Beyləqan rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatı alındıqdan sonra icra şöbəsindən çıxaraq Beyləqan şəhəri S.Qaziyeva küçəsi ilə hərəkətdə olan zaman yol kənarında yerləşən köşkün qarşısında bir top sellofan süfrənin olduğunu görmüşdür. Həmin vaxt ətrafa baxmış və ətrafda heç kəs olmadığından süfrəni köşkün qarşısından götrürərək satmaq qərarına gəlmişdir. Həmin vaxt süfrəni götürdüyü ərazidən xeyli aralandıqdan sonra yol kənarında bir nəfər qadının olduğunu görərək həmin qadına yaxınlaşmış və əlində olan top süfrəni satdığını bildirmişdir. Qadın ondan süfrəni neçəyə satdığını soruşmuş, o, qadına süfrəni 30 manata satdığını bildirmişdir. Lakin qadın ona qiymətin baha olduğunu deyərək almaq istəmədiyini bildirmişdir. Bundan sonra həmin qadına süfrənin topunu 18 manat satmışdır. Etdiyi hərəkətin oğurluq olmasını və özgəsinin əmlakını qanunsuz olaraq ələ keçirməsini dərk edərək peşimançılıq hissi keçirtmişdir. Həmin oğurluğu aliment borcunu ödəməkdən ötrü törətmişdir. Həmçinin bildirdi ki, əməlindən peşmandır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Beyləqan şəhəri, Sevil Qaziyeva küçəsində özünə məxsus köşkü var. Həmin mağazada qida və qeyri-qida məhsulları satır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında işlədiyi mağazanın açaraq satışa başlamışdır. Günorta saatlarında mağazanı bağlamadan evinə getmiş, saat təxminən 12:30 radələrindən 14:30 radələrinə qədər mağaza sahibsiz olaraq açıq qalmışdır. Evdən mağazaya geri qayıtdıqda satış üçün mağazanın qarşısında küçədə qoyduğu 1 top stolun üzərinə sərilən sellofan süfrənin naməlum şəxs tərəfindən oğurlandığını görmüşdür. 1 top süfrənin oğurlanması nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Oğurluğun Şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, vurulmuş maddi zərər Şəxs tərəfindən ona ödənilməmişdir və ondan ödənilməsini tələb edir. Şəxs şikayətçidir. Ona qanuni cəza verilməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş Beyləqan RPŞ Təhqiqat bölməsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 yanvar 2023-cü il tarixli qərarından görünür ki, təhqiqatçı, polis baş leytanantı X1 tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərin dəyəri 150 (bir yüz əlli) manat həddində müəyyən edilmişdir. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağrlaşdıran halları nəzərə alaraq hesab edirəm ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasına uyğun olaraq həbs növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsində deyilir ki, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta əməlini törətmiş Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməməsini, nəzərə alıb ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Həmçinin vurduğu zərərə görə Şəxs 150 (bir yüz əlli) manat alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq,məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Vurduğu zərərə görə Şəxs 150 (bir yüz əlli) manat alınaraq Zərərçəkmiş şəxs verilsin. Həbs etmənin əvvəli 14 fevral 2023-cü il tarixdən, saat 16:10-dan hesablansın. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-199/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-199/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver