Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-199/2024 11.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İnzibati xəta əməlini törətmiş şəxs- Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, deməsinə görə məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Y.Məmmədov küçəsi ev 51-də qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Beyləqan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, Beyləqan rayonu, Şəfəq qəsəbəsi ərazisində yerləşən fermada muvafiq sənədləri olmayan bir ədəd “İJ markalı, 16 kalibirli tək lülə E 11722, bala qundaq И 72477 nömrəli ov tüfənginin daşınma və saxlama qaydasını pozmuşdur. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Beyləqan rayonunda qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə, Beymləqan rayonu Şəfəq qəsəbəsində yerləşən özünə məxsus fermada olan zaman şöldən çağırış səsi gəldiyini eşidərək çölə çıxmış və qapıda 2 nəfər polis əməkdaşının olduğunu görmüşdür. O, polis əməkdaşları ilə salaşmış və polis əməkdaşları onun evində ov silahı olması barədə onlara əməliyyat məlumatının daxil olduğunu bildirərək silahın olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına həmin ov tüfənginin ona atasından yadigar qaldığına görə heç bir sənədlərinin olmadığını bildirmişdir. Ov tüfənginin sənədləri olmadığından ov tüfəngini polis əməkdaşına təhvil vermiş, özü də polis əməkdaşı ilə birlikdə rayon PŞ-nə gəlmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X1 rayon PŞ-nin rəisi Rüstəm Cəfərova ünvanladığı raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, İTB-nin sahə polis nəfəri rahil Bayramovla birlikdə rayonun Şəfəq qəsəbəsi ərazisində xidmətdə olan zaman Beyləqan şəhər sakini Şəxs məxsus fermada, sənədsiz mülki ov silahının olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Şəxs məxsus fermaya gedərək ondan ov tüfənginin olması barədə məlumat alan zaman Şəxs ov tüfənginin ona babasından yadigar qaldığını və ona görə də heç bir sənədinin olmadığını bildirmişdir. Ona görə də ov silahını daşıma və saxlama qaydasını pozduğu üçün “İJ markalı, 16 kalibirli tək lülə E 11722, bala qundaq И 72477 nömrəli ov tüfənginini və Şəxs rayon PŞ-nə gətirmişdir. Beləliklə də Şəxs ov silahını müvafiq icazə sənədləri olmadan saxlaması və daşıması onun özünün etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta əməlini törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi nəzərə alınmaqla Şəxs xəta törətdiyi maddənin sanksiyası daxilində cərimə təyin edilməli və aşkar edilmiş ov tüfəngi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib “İJ markalı, 16 kalibirli tək lülə E 11722, bala qundaq И 72477 nömrəli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-199/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-199/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver